İdman inkişaf edir

 

Şirvana gənclər şəhəri deyirlər. Bu, ilk növbədə keçən əsrin 50-60-cı illərində sənayenin inkişafı ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarından, habelə keçmiş SSRİ-nin müxtəlif regionlarından buraya gənclərin gəlib məskunlaşması ilə bağlı olmuşdur. Gənclik insan həyatının qaynar dövrüdür.

O vaxtlar ölkə şəhər rəhbərliyi gənclərin asudə vaxtlarının sağlam məcraya yönəldilməsi səmərəli keçməsi üçün tədbirlər görürdü. Bu məqsədlə idman bədən tərbiyəsinin inkişafına böyük önəm verilirdi. Müntəzəm olaraq neftçilər, energetiklər, inşaatçılar, zavod, fabrik digər müəssisələr arasında futbol, voleybol, güləş, boks idmanın digər növləri üzrə yarışlar keçirilirdi.

Ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə, ölkənin hər yerində olduğu kimi, Şirvanda (o zaman Əli Bayramlı adlanırdı) da uşaq-gənclər idman məktəbləri fəaliyyətə başlamış, şahmat məktəbi tikilib istifadəyə verilmiş, idman qurğularının sayı keyfiyyəti xeyli yaxşılaşmış, nəticə etibarilə bu sahədə xüsusi canlanma yaranmışdı. Həmin ənənə bu gün davam edir. Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində indi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamız mötəbər beynəlxalq idman tədbirlərinə evsahibliyi edir. Ölkə idmanının inkişafında Şirvan şəhərinin öz sanballı payı var.

Hazırda Şirvanda iki uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Gənclər idman idarəsinin nəzdindəki Uşaq-gənclər idman məktəbi "TəhsilRespublika İdman Mərkəzinin tabeliyində olan Şirvan Şahmat məktəbi, "Neftçi kikboksinq idman klubları, şəhərin olimpiya idman kompleksi peşəkar idmançıların yetişməsində baza rolu oynayır. Qeyd olunan idman müəssisələrində təşkilatlarında idmanın boks, sərbəst yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, futbol, voleybol, kikboksinq, bədii gimnastika, üzgüçülük, karate, universal döyüş növləri inkişaf edir. Bu idman növləri ilə 2 min 620 yeniyetmə gənc məşğul olur.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şirvan Olimpiya İdman Kompleksi şəhərdə idmanın inkişafına böyük töhfə oldu. Gənclər idman idarəsi maddi-texniki bazanın möhkəmləndirilməsi, idmanın kütləviliyinin artırılması, istirahət yerlərində bədən tərbiyəsi idmanın inkişafı üçün müəyyən işlər görür, məhəllə komandalarının yaradılması istiqamətində layihələr həyata keçirir. Bunun nəticəsidir ki, nəinki idarə müəssisələrdə, əmək kollektivlərində, habelə yaşayış massivlərində yaradılmış komandaların iştirakı ilə futbol, voleybol, stolüstü tennis üzrə şəhər çempionatları keçirilir.

2018-ci ilin ötən dövrü ərzində keçirilən şəhər miqyaslı yarışlarda 2 min 556 yeniyetmə gənc iştirak etmişdir. Gənclər İdman Nazirliyi tərəfindən təşkil edilən turnirlərdə 222 yeniyetmə gənc idmançı Şirvanı təmsil etmiş, onlardan 13-ü 1-ci, 9-u 2-ci, 25-i 3-cü yerə layiq görülmüşdür. Şəhərin tennis komandası isə respublika birinciliyində 3-cü yeri tutmuşdur.

Astarada 13-14 yaşlı oğlanlar arasında IX Respublika Oyunlarının proqramına daxil edilmiş həndbol yarışlarında şirvanlı yeniyetmələr 1-ci yerin sahibi olmuşlar. Ağdamda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnirdə iştirak edən 15 gəncdən 5-i 1-ci, 2-si 2-ci, 3-ü 3-cü yerləri tutaraq Şirvana qələbə sevinci ilə qayıtmışdır.

Bakıda pauerliftinq idman növü üzrə açıq Azərbaycan kubokunda Şirvan şəhərinin 3 idmançısı mükafatçılar arasında olmuşdur. Sahil Şərifov 1-ci, Bəxtiyar Əmrəliyev Zabil Əliyev 3-cü yerləri tutmuşlar.

Şirvanlı idmançılar xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edirlər. Belə ki, Rusiyanın paytaxtı Moskvada sərbəst güləş üzrə beynəlxalq turnirdə şirvanlı idmançı Fərid Elşən oğlu Cabbarov 1-ci yeri tutub Dövlət himnini səsləndirmiş, bayrağımızı dalğalandırmışdır. Gürcüstanda sərbəst güləş üzrə yeniyetmələrin Tbilisi beynəlxalq turnirindən isə gümüş medalla qayıtmışdır.

Türkiyənin Gəbzə şəhərində 21-ci Zəfər kuboku yarışında sərbəst güləşçi Əbülfəz Nəsirov çempion olmaqla Şirvan idmançısının nəyə qadir olduğunu nümayiş etdirmişdir. Bunun ardınca o, Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələrin dünya birinciliyində 3-cü yeri tutmağa müvəffəq olmuşdur. Əbülfəz həm İran İslam Respublikasında sərbəst güləş üzrə "Yadigar imam kubokuadlı tədbirdə şəxsi komanda yarışlarında 2-ci yeri tutmuşdur.

Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi tərəfindən Şirvan Gənclər Evinin tikilib istifadəyə verilməsi burada yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, gənclərdən ibarət komandaların formalaşmasına, gənc nəslin müxtəlif istiqamətlər üzrə dərnəklərdə fəaliyyət göstərməsinə, idmanın inkişafına, xüsusilə fiziki cəhətdən qüsurlu yeniyetmələrin reabilitasiyası onların bədən tərbiyəsi idmanla məşğul olmasına şərait yaratmışdır. Bütün bunlar, ölkəmizin hər yerində olduğu kimi, Şirvanda da gənclərimizə göstərilən qayğı diqqətin təzahürüdür.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 5.