Tarixin ən qüdrətli Azərbaycanı

 

Yola saldığımız il bizi Qarabağa daha da yaxınlaşdırdı

 

Narahat dünyamızda bir çox siyasi, ictimai, iqtisadi, hərbi hadisələrlə, proseslərlə zəngin olmuş 2018-ci il artıq başa çatdı, tarixə qovuşdu.

Bütün dünyanın qlobal kataklizmlərlə, sarsıntılarla qarşılaşdığı ildə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə doğru inamlı addımlar ataraq, bir çox uğurlara nail oldu, inkişafının yeni mərhələsinə qədəm qoydu.

Daha bir ili arxada qoyduq, daha bir ilə əlvida deyib, yeni ümidlər, yeni arzularla və yeni-müsbət gözləntilərlə 2019-cu ilə qədəm qoyduq. Artıq bir neçə gündür ki, yeni ilin ilk günlərini yaşayırıq. Bu il də ölkəmiz, xalqımız üçün bir çox mühüm hadisələrin yaşanacağı gözlənilir.

Belə ki, 2011-ci ildən əməkdaşlıq etdiyimiz, üzvü olduğumuz, BMT-dən sonra dünyanın ikinci nüfuzlu beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısı ölkəmizdə keçiriləcək. Azərbaycan bu nüfuzlu qurumun möhtəşəm toplantısına yüksək səviyyədə evsahibliyi etməklə yanaşı, həm də 2019-2022-ci illərdə bu təşkilata sədrlik funksiyasını yerinə yetirəcək. Bu il, həmçinin, qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilən Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Eyni zamanda, bu il, sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olanilk ali təhsil ocağımız, elm məbədgahımız sayılan Bakı Dövlət Universitetinin təsis olunmasının 100 yaşı tamam olur ki, bu istiqamətdə də yüksəksəviyyəli yubiley tədbirləri keçiriləcək, Azərbaycan təhsilinin və elminin keçdiyi şərəfli yola bir daha nəzər yetiriləcək.

Bu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyiqeyd olunacaq ki, bununla da bağlı ötən ilin sonlarında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. İnanırıq ki, dahi şairimizin 650 illik yubileyionun adına layiq səviyyədə keçiriləcək.

Dekabr ayında respublikamızda həmçinin növbəti bələdiyyə seçkiləri keçiriləcək ki, bu da 1999-cu ildən bu yana ölkəmizdə reallaşdırılan sayca 5-ci seçkilər olacaq. Azərbaycan bu seçkilərlə demokratik inkişafa doğru daha bir addım atacaq. Çünki demokratiya, demokratik inkişaf bizim öz könüllü seçimimizdirbiz bu istiqamətdə də addım atarkən bunu kimlərinsə diktəsi ilə deyil, özümüzün istəyimiz ilə edirik.

Bu il Azərbaycan daha bir nüfuzlu idman yarışmasına - Avropa Gənclər Olimpiya Festivalına evsahibliyi edəcək. Festival iyul ayının 20-dən 28-dək keçiriləcək. 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslamiadaya uğurla evsahibliyi edən, özünü dünyanın idman ölkəsi kimi tanıdan məmləkətimiz olimpiya festivalını da layiqincə keçirməklə adını bir daha imzalar içində həkk edəcək, yazacaq...

 

"Cümhuriyyət ili

 

Ötən ilin yanvar ayında Prezidentin sərəncamı ilə 2018-ci il ölkəmizdə "Cümhuriyyət ilielan olundu. Çünki ötən il şərəf və qürur tariximiz olan Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi idi.

Düzdür, bu dövlətin ömrü cəmi iki il çəkdi, 1920-ci ilin qara 28 aprel tarixində müstəqiliyimizin daxilixarici əleyhdarlarının əli ilə Azərbaycan bolşeviklər tərəfindən işğal olundu, başqa dövlətin tərkibinə ilhaq edildi. Bununla belə, 23 aylıq cümhuriyyətimiz çox böyük və şərəfli yol keçdi, Azərbaycanın imzasını imzalar içində elə tanıtdırdı ki, onu yaddaşlardan silib atmaq mümkün olmadı. Və beləliklə də 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən xalqımız 2018-ci ildə AXC-nin 100 illiyini ən yüksək səviyyədə qeyd etdi.

"Cümhuriyyət ili” əsnasında iyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm hərbi parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi oldu. Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edildi. Bu əməliyyat nəticəsində ümumilikdə 11 min hektara yaxın ərazi düşməndən azad olundu. Hərbi paradda çıxışı zamanı Ali Baş Komandan bu tarixi hadisəyə toxunaraq, "Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdirbuna hazırdır” deyə vurğuladı...

Ötən il sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Həmin gün Bakıda möhtəşəm parad təşkil edilməklə bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirildi, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edildi. Bunu hər iki ölkənin liderləri də öz çıxışlarında dilə gətirdilər...

Sentyabr ayının 21-də isə "Cümhuriyyət İli” çərçivəsində müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin (MM) xüsusi və təntənəli iclası ilə qeyd olundu. Bu tədbirlərdə 50-yə yaxın ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətləri iştirak etdi.

 

Ölkə Prezidentinə növbəti etimad

 

2018-ci ilin ən yaddaqalantarixi hadisələrindən biri də 11 aprel prezident seçkiləridir. Alternativ əsaslarla və demokratik seçki mühitində keçirilən seçkilərdə qədirbilən Azərbaycan xalqı yenə öz müdrik seçimini etdi, ölkə Prezidenti

İlham Əliyevə səs verməklə, etimad göstərməklə onu yenidən növbəti 7 il müddətinə rəhbər seçdi. Azərbaycan seçicilərinin tam mütləq əksəriyyəti - 3 milyon 397 min 664 nəfəri, yəni 86,03 faizi İlham Əliyevə səs verdi. Bundan cəmi bir hətfə sonra, aprel ayının 18-də dövlət başçısı Milli Məclisdə təşkil edilən andiçmə mərasimi ilə özünün yeni prezidentlik mərhələsinə qədəm qoydu. Mərasimdə çıxışında bir daha ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən dövlət başçısı dedi: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Həmçinin prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayan ölkə rəhbəri "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-polllar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir” deyə sözlərinə əlavə etdi...

Prezident seçkilərindən və andiçmə mərasimindən çox qısa müddət sonra dövlət başçısı özünün konstitusion səlahiyyətlərindən istifadə edərək hökuməti, Nazirlər Kabinetini buraxdı. Eyni zamanda yeni hökumətin formalaşdırılması istiqamətində addımlar ataraq yeni baş nazirin namizədliyinin təsdiqlənməsi ilə bağlı Milli Məclisə təqdimat göndərdi. Daha sonra yeni hökumətin tərkibi müəyyənləşdirildi.

 

"Cənub qaz dəhlizi”, TANAP, STAR, Aktau Konvensiyası...

 

Prezident seçkiləri hökumətin tam tərkibdə formalaşdırılmasından bir qədər sonra nəinki bölgənin, bütövlükdə Avropanın dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atıldı. Daha doğrusu, AXC-nin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə "Cənub qaz dəhlizi”nin tarixi rəsmi açılış mərasimi keçirildibununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında böyük rolu bir daha təsbit olundu.

Bundan cəmi 14 gün sonra, iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə "ikinci qan damarı” adlandırlan TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, "Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub” deyə bəyan etdi, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyinə bir daha xüsusi diqqət çəkdi.

Bu tarixi hadisənin üstündən də cəmi iki ay keçəndən sonra, avqust ayının 12-də 1996-cı ildən davam edən 22 illik Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar müsbət sonluqla nəticələndi. Həmin gün, 2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atıldı ki, bununla da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik həll edildi. Qeyd etmək lazımdır ki, Aktau anlaşması məhz Azərbaycan dövlətinin, dövlət başçısının yeritdiyi son dərəcədə təmkinli, səbirli, balanslaşdırılmış siyasət nəticəsində baş tutdu və Azərbaycan bununla daha bir uğuruna imza atdı.

Oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq birgə səylərlə reallaşdırlan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq "STAR” neft emalı zavodunun açılış mərasimi keçirildi. Mərasimdə hər iki ölkənin liderləri iştirak və çıxış etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. "Biz "Star Rafinerinin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star”ın təməlini qoyduqbu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq” deyən Azərbaycan Prezidentinin sözlərinə görə, bu, bir daha onu göstərdi ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə varbu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

 

İqtidar-xalq vəhdəti

 

Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycanın 28-ci ilinə qədəm qoyan ikinci müstəqilliyi də asan başa gəlməyib, bir çox ağrılı-acılı hadisələrdən keçib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini, inkişafını həzm və qəbul edə bilməyən qüvvələr, yəni koordinasiyalı şəkildə fəaliyyət göstərən antiazərbaycançı dairələr ölkəmizin əleyhinə fəaliyyətlərini daim açıq və gizli şəkildə davam etdiriblər. Ötən ilin iyul ayında onlar bu dəfə dini zəmində qarşıdurma yaratmağa çəhd göstərdilər. Gəncədə baş verən hadisələrdə, çox təəssüflər olsun ki, qan da töküldü, yaralananlar, xəsarət alanlar, həlak olanlar da oldu. Ancaq iqtidar-xalq birliyi sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyətləri baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu.

Baş vermiş hadisələrlə bağlı hüquq mühafizə orqanlarının iştirakı ilə keçirdiyi 13 iyul müşavirəsində dövlət başçısı bir daha Azərbaycanın daxili və xarici düşmənlərinə kəskin mesajlarını göndərdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. "Onların biribaş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm: xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz... Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq” deyə dövlət başçısı vurğuladı.

 

Brüssel zəfəri, dünya liderləri ilə bir cərgədə

 

İyul ayında Prezident İlham Əliyev Belçikaya səfər etdi. Bu səfər siyasi tariximizə "Brüssel zəfəri” kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yüksək uğura imza atılmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birinci uğur tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkinci uğur isə NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir.

Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda ötən il baş verən may hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi...

Ötən il həmçinin Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri - Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belarus və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət dəyşiklikləri baş verdi. Dövlət başçısının Böyük Britaniyaya, FransayaRusiyaya səfərləri, eləcə də İtaliyaAlmaniya liderlərinin Azərbaycana gəlmələri, il ərzində Azərbaycan və Rusiya prezidentlərinin 6 dəfə görüşməsi Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda Ermənistanın təcridi siyasətində böyük rola malik oldu.

 

Elm və təhsilin inkişafında uğurlu mərhələ

 

2018-ci il eyni zamanda Azərbaycan elminin və təhsilinin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qaldı. Belə ki, ölkə parlamenti tərəfindən təhsilin inkişafına böyük və müsbət təsir göstərəcək bir sıra qanunlar qəbul edildi. Konkret olaraq "Peşə təhsili haqqında” yeni qanun qəbul edildi, "Təhsil haqqında” çərçivə qanununa birdəfəlik və üstə-üstə (parlament tarixində nadir sayılacaq hadisələrdəndir) 64 dəyişiklik olundumövcud qanun, demək olar ki, tam yeniləndi. Həmçinin dekabrın 28-də "Ümumi təhsil haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi. Bundan başqa, 2019-cu ilin büdcə müzakirələrində deputatların təhsil kreditləri ilə bağlı təkliflərinin bir qismi nəzərə alınaraq 2019-cu ildən ödəniş qəbul planının azaldılması istiqamətində müvafiq addımlar atıldı...

Parlamentdən söz düşmüşkən onu da qeyd etmək istərdim ki, 2018-ci ilin yaz və payız sessiyalarında bütövlükdə 31 iclas keçirildi, 463 qanun qəbul edildi. 2018-ci il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından da məhsuldar oldu. Belə ki, parlamentin nümayəndə heyətləri il ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirdi. Deputatlarımız Türkiyədə keçirilən prezidentparlament seçkilərində, Rusiyada, GürcüstandaMonteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak etdilər. Həmçinin bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş parlamentdə oldu. Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirildi...

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında 17 oktyabr 2018-ci il tarixdə sərəncam imzaladı. Ötən il AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu üçünyaddaqalan oldu. Belə ki, Azərbaycan və dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş Şərqşünaslıq İnstitutunun 60 illiyi tamam olduyubiley tədbiri yüksək səviyyədə keçirildi. İnstitutumuzda böyük alim, akademik Ziya Bünyadovun büstünün açılış mərasimi oldu. Ötən ilin sonlarına yaxın Rusiyanın Şərq Əlyazmaları İnstitutu ilə əməkdaşlıq sazişi imzalandı.

 

Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır

 

2018-ci il əlamətdar hadisələr ilə tarixə döndü. Üstündən illər də keçsə, 2018-ci il yaddaşlardan, hafizələrdən silinməyəcək, hələ çox xatırlanacaq, yad ediləcək. Çünki ölkə Prezidentinin də 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmiş, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləmişdir. Ən əsası isə, ölkə Prezidentinin də qeyd etdiyi kimi, dünyada gərginlik, risklər, təhdidlər artdığı halda Azərbaycan sabitlik məkanı olmuşdur.

Dövlət başçısı "2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir” deyərək, bir daha bugünkü Azərbaycanın AXC-nin varisi olduğunu bəyan etdi və inamlı şəkildə vurğuladı ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır.

Bu, tarixi həqiqətdir. Bu həqiqəti bizlərə yaşadan isə Heydər Əliyev siyasi kursu - İlham Əliyev qətiyyətidir.

 

Gövhər BAXŞƏLİYEVA,

 

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2019.- 9 yanvar.- S. 1; 3.