Erməni saxtakarlığı, erməni xəyanəti

 

Zaman keçdikcə onların üzü daha çox açılır

 

Dünyada erməni xəstəliyi deyilən bir mərəz var. Bunun mayasında ermənilərin özlərinin dünyada ən qədim mədəniyyətə, sivilizasiya və dövlətçilik tarixinə malik olması barədə uydurduqları yalanlar dayanır. Onlar istəklərinə çatmaq üçün hər cür iyrənc üsullara əl atmaqdan da çəkinmirlər.

Xüsusilə tarixdə heç bir dövlətçilik ənənəsi olmayan ermənilər bu məqsədlə özlərini "əzabkeş”, qonşu türklər tərəfindən "əzilən”, "soyqırımına” məruz qalan xalq kimi göstərirlər. Əsl niyyətləri isə havadarlarının köməyi ilə bu xalqları doğma yerlərindən didərgin salaraq onların torpaqlarına sahib çıxmalarına "tarixi əsas” yaratmaqdır.

Ermənilər məqsədlərinə çatmaq üçün müqəddəs olan din amilindən də istifadə etməkdən çəkinmirlər. Dünyanın vicdanlı elm adamları tərəfindən birmənalı olaraq ermənilərin Qafqaza gəlmə xalq olduğu, burada sivilizasiyanın formalaşmasında heç bir rol oynamadığı sübuta yetirilib. Lakin ermənilər bu məsələdə də saxtakarlığa əl ataraq Qafqazda ilk xristianlığı qəbul edən albanların dini və mədəni abidələrinə sahiblənmək üçün dəridən-qabıqdan çıxırlar. Bununla da bir neçə məkrli niyyətlərinə çatmaq istəyirlər. Birincisi, alban maddi və mənəvi sərvətlərinə yiyə çıxmaqla özlərini bu torpaqların tarixi sahibi kimi təqdim etmək istəyirlər. İkincisi, özlərinin guya xristian dinini ilk qəbul edən xalq olduğunu göstərməklə həm dünya, həm də Qafqaz xristianlığının təşəkkülündəki xidmətlərini qabartmaq istəyirlər. Halbukialban mədəniyyətinin, nə də Qafqazda xristianlığın təşəkkülündə ermənilərin bir rolu olub. Ancaq dünyada xristian təəssübkeşliyi sayəsində ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etməyə müvəffəq olublar. İşğalın bu gündavam etməsində belə xristian həmrəyliyi mühüm faktor olaraq qalır.

Bədnam qonşularımızın iştahası diş altındadır. Onlar işğal etdikləri torpaqlarla kifayətlənmək istəmirlər. Son dövrlər Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində erməni yalanlarının üstü açılır. Bir çox beynəlxalq təşkilatlar Ermənistanı artıq işğalçı dövlət kimi tanıyır. Nə olsun ki?.. Erməni erməniliyindən əl çəkmir. Təzə yalanlar uydurmaq üçün dəridən-qabıqdan çıxır. Özü də, necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər.

 

Erməni saxtakarlığına yönələn istək tərs şillə kimi özünə dəydi

 

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun rusiyalı tədqiqatçı Oleq Petrenkonun aşkar etdiyi tarixi xəritə və məlumatlara əsaslanaraq Azərbaycan və Ermənistanın tarixi, Qarabağın hansı dövlətə məxsus olması barədə təqdim etdiyi tarixi faktlar ermənilərə tərs şillə kimi dəyib. Belə ki, illərlə qədim Azərbaycan torpağının ermənilərə məxsusluğu barədə uydurulan yalan üzə çıxıb. Görün rus tarixçisi Ermənistanın ondan etdiyi xahiş barədə nə yazır. Ona "böyük Ermənistan”la bağlı tarixi faktları araşdırmağın təklif olunduğunu deyən müəllif bildirir: "Mənə İrəvandan Bakının bir vaxtlar Ermənistana məxsus olmasını araşdırmaqla bağlı təklif gəldi. Qədim xəritələri araşdırarkən Ermənistanın özünün müxtəlif dövlətlərin tərkibində olmasına dair məlumatlara rast gəldim”.

Müəllif müxtəlif qədim xəritələri araşdırarkən Ermənistan və Azərbaycanın sərhədlərinə diqqət yetirdikdə heç bir xəritədə Bakı və Qarabağın Ermənistan ərazisində olmasına işarə belə görmür. Əksinə, 1723-cü ilə aid xəritədə İrəvan tamamilə Azərbaycan ərazisi kimi göstərilib. Oleq Petrenko daha sonra yazır ki, ermənilər vikipediyada Azərbaycanın gənc dövlət olduğunuGürcüstanla Ermənistan kimi güclü tarixə malik olmadığından bəhs etsələr də, mən Bakı, Qarabağ və hətta Naxçıvanın adının göstərildiyi 1900-cü ilə aid xəritə tapa bildim. Daha sonra müəllif yazır ki, 1900-cü illərdə tərtib olunan xəritədə İrəvan Azərbaycanın ərazisi kimi göstərilir.

 

ABŞ admiralı Kolbi Mitçell Çester: "Ermənilər türklərə alçaqcasına xəyanət etdi

 

Azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi Kamran Rüstəmov amerikalı admiralın 1923-cü ildə "The Nyu York Times” qəzetində dərc olunan məqaləsini üzə çıxarıb. Yazıda ermənilərin bütün dünyaya həyasızcasına sırımaq istədiyi 1915-ci il "erməni soyqırımı” hadisələri zamanı etdikləri xəyanətdən bəhs edilir. Hadisənin şahidi olan müəllif yazır: "Biz ermənilərin Türkiyənin şimal-şərqindən deportasiya olunması barədə çox eşidirik. Faktlar isə belədir ki, öz ölkəsini rusların təhdidlərindən müdafiə etmək məqsədilə türklər ordunu Rusiya ilə sərhədə göndərdilər. Ordu bizim ABŞ-dakı ordumuz kimi bütün millətlərdən olan Türkiyə vətəndaşlarından ibarət idi. Cəbhədə ermənilər patronlarını boş yerə istifadə etmiş və fərarilik edərək kütləvi şəkildə düşmənin tərəfinə keçmişdilər. Lakin bu xəyanətlə də onlar kifayətlənməmişdilər. Ordunun arxa cəbhəsində erməni əhalinin yaşadığı böyük vilayət yerləşirdi və rusların türklər üzərində qələbə qazanmaq üçün əla fürsəti olduğunu hiss edən ermənilər türk ordusunun hərbi təchizat bazası ilə əlaqəsini kəsmək qərarına gəldilər”.

Müəllif həmin yazıda erməni xəyanətinin miqyasını amerikalı oxuculara çatdırmaq üçün maraqlı təhlillər apararaq Türkiyə dövlətinin bu xəyanət qarşısında göstərdiyi humanizmi belə təqdim edir: "Gəlin belə bir halı təsəvvürümüzə gətirək. Məsələn, deyək ki, Meksika bizim müharibə vəziyyətində olduğumuz güclü düşmənimizdir və təsəvvür edək ki, biz üstümüzə gələn düşmənin qarşısını almaq üçün ordumuzu Meksika sərhədinə göndərmişik. Daha sonra güman edək ki, ordumuzdakı qaradərililər təkcə düşmənə doğru fərarilik etməklə kifayətlənməmiş, hətta evdə qalanları da mütəşəkkil şəkildə bizim əlaqə xəttimizi kəsmək qərarına gəlmişlər. İndi fikirləşin, bizimkilər, xüsusilə cənublular həmin qaradərililərlə nə edərdi? Bizim qaradərililər ermənilərin türklərə nifrəti ilə müqayisədə bundan on dəfə çox bizə nifrət etmək hüququna malikdirlər. Cənub hissədə qaradərililər çoxluq təşkil etsələr də, onların nümayəndəliyi və qanunların qəbulunda səs vermək hüququ yoxdur. MeysonDiksondan cənubda yaşayan qaradərililər praktiki olaraq ayrı-seçkiliyə məruz qalmışlar. Halbuki ermənilərin Türkiyədə nümayəndəliyi olmaqla yanaşı, həm də heç bir digər dövlətin vermədiyi xüsusi imtiyazları da var”.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 9 yanvar.- S. 1; 3.