İlin ən gənc startup layihəsi”nin müəllifi Bakı Ali Neft Məktəbinin tələbələridir

 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər. Tədbirdə Ali Məktəbin tələbələrinin müəllifi olduqları məşhur "ThermoNorth” layihəsi "İlin ən gənc startup layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub .

Qeyd edək ki, BANM-ın tələbələrinin müəllifləri olduqları "ThermoNorth” layihəsinin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

 

Azərbaycan.- 2019.- 10 yanvar.- S. 2.