Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 274, ¹ 12 (I kitab), maddə 680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr 576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə 457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə 592; 2011, ¹ 3, maddə 163; 2012, ¹ 5, maddə 409; 2013, ¹ 6, maddə 592; 2015, ¹ 5, maddə 490; 2017, ¹ 5, maddə 705; 2018, ¹ 1, maddə 4, ¹ 3, maddə 389) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə "qərarının” sözündən sonra "(sərəncamının)” sözü əlavə edilsin.

 

2. 8-ci maddə üzrə:

 

2.1. maddənin adında "elansözü "təyin” sözü ilə əvəz edilsin;

 

2.2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”.

 

3. 9.1-ci maddədə "elan olunduğu” sözləri "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

 

4. 40.6-cı və 40.7-ci maddələrin birinci cümlələrində "elansözü "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

 

5. 41.3-cü maddədə "seçkilər (referendum) elan olunduğu” sözləri "seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

 

6. 44.2-ci maddəyə və 77.3-cü maddənin ikinci cümləsinə "qərar” sözündən sonra "(sərəncam)” sözü əlavə edilsin.

 

7. 47.2-ci maddədə "elan olunması günündən” sözləri "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.

 

8. 58.3-cü maddənin birinci cümləsinə "təyin” sözündən sonra "edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin.

 

9. 77.2-ci maddənin ikinci cümləsinə, 78.3-cü maddəyə, 81.2-ci maddənin üçüncü cümləsinə, 83.6-cı maddənin ikinci cümləsinə, 84.1-ci maddənin ikinci cümləsinə, 87.2-ci, 89.2-ci, 90.2.5-ci, 90.2.9-cu maddələrə, 97.2.2-ci maddənin ikinci cümləsinə və 111.2-ci maddənin ikinciüçüncü cümlələrinə "qərarın” sözündən sonra "(sərəncamın)” sözü əlavə edilsin.

 

10. 123.3-cü maddədə "referendum elan” sözləri "referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

 

11. 124.1-ci maddənin birinci cümləsinə "qərarla” sözündən sonra "(sərəncamla)” sözü əlavə edilsin.

 

12. 145.4-cü və 146.2-ci maddələrdə "qərar” sözü "sərəncam” sözü ilə əvəz edilsin.

 

13. 178-ci maddə üzrə:

 

13.1. 178.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.”;

 

13.2. 178.2-ci maddədə "elansözü "təyin” sözü ilə əvəz edilsin;

 

13.3. 178.3-cü maddədə "keçirilməsi gününün elan” sözləri "təyin” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2018-ci il

 

Azərbaycan.- 2019.- 11 yanvar.- S. 2.