Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddə
2217; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr
383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab),
maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD nömrəli,
30 oktyabr tarixli
1301-VQD, 1307-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
221.10-cu-221.11-ci maddələr əlavə edilsin:
"221.10.
Dərman vasitələrinin
istehsalına, daşınmasına
və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə -
vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər
beş min manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.
221.11. Bu Məcəllənin 221.10-cu maddəsində
nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
-
vəzifəli şəxslər
iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər altı
min manatdan səkkiz
min manatadək məbləğdə
cərimə edilir.”.
2. 452-ci maddə üzrə:
2.1. adında "qaydalarının” sözündən
sonra "və aptek təşkilatlarına
dair tələblərin”
sözləri əlavə
edilsin;
2.2. aşağıdakı məzmunda 452.3-452.4-cü maddələr
əlavə edilsin:
"452.3.
Aptek təşkilatlarına
dair tələblərin
pozulmasına görə
-
vəzifəli şəxslər beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
452.4. Bu Məcəllənin 452.3-cü maddəsində
nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
-
vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər
beş min manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2018-ci il
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 2.