“Dövlət borcu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1051-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 748, ¹ 11, maddə 1093; 2010, ¹ 4, maddə 276; 2016, ¹ 11, maddə 1772; 2017, ¹ 5, maddə 704, ¹ 12, I kitab, maddə 2252) 11.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"11.1.7. kredit bürosundan əsas borcalana aid kredit hesabatı, həmçinin əsas borcalanın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 3.