2019-cu ilNəsimi ilielan olundu

 

2018-ci il tarixə müsbət təsirləri, genişmiqyaslı inkişaf dinamikası ilə yadda qalan dövr kimi yazıldı. Siyasi iqtisadi nailiyyətlərlə zəngin olan ötən il həm mühüm ictimai hadisələrlə əlamətdar idi. Bu dövrdə Azərbaycanın inkişafı əvvəlki illərə nisbətən bir qədər vüsət aldı. İlham Əliyevin müəllifi olduğu qlobal layihələrin işə düşməsi tək regionda deyil, dünyadakı mövqelərimizi bir qədər möhkəmləndirdi.

 

Azərbaycan hərtərəfli dinamik inkişaf edib

 

Bütün bu məsələlər Prezident İlham Əliyevin sədrliyi ilə dünən keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı müzakirə edildi. Dövlət başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli dinamik inkişaf edib. Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas iqtisadi göstəricilər ötən ilin inkişaf dövrü olduğunu göstərir. Belə ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi yeri açılıb.

Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarətin təmin edilməsi, üçüncü peykimizin orbitə buraxılması, "Cənub qaz dəhlizi”nin açılması, TANAP layihəsinin işə düşməsi, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması ötən ilin mühüm uğurlarıdır. İlham Əliyevin qeyd etdiyi kimi, 2018-ci ildə həyata keçirilən tamamlanan mühüm layihələr Azərbaycanın gücünü iqtisadi potensialını daha da artırdı.

Təbii ki, əldə olunan bütün uğurların təməlində həm Azərbaycandakı sabitlik dayanır. Məlumdur ki, dünyanın bir sıra yerlərində özünü göstərən qarşıdurmalar aradan qalxmaq əvəzinə daha da dərinləşir. Hər ötən gün müxtəlif ölkələrdə davam edən daxili siyasi hərbi çəkişmələrlə yadda qalır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Cənab Prezidentin iclasda qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin olunub. Məhz bu sabitlik sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın inkişafını şərtləndirən mühüm uğurların sırasında yer alır.

 

Tariximizə ehtiramın nümunəsi

 

Nazirlər Kabinetinin dünənki iclasının əlamətdar məqamlarından biri Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda "Nəsimi ilielan edilməsi oldu. Nəsimi xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir. Şairin dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş ədəbi irsi Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Bu il böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqındaPrezident İlham Əliyevin sərəncamına əsasən Nəsiminin yubileyi yüksək səviyyədə təşkil olunacaq. 2019-cu ilin "Nəsimi ilielan edilməsi isə Prezident İlham Əliyevin tariximizə ehtiram mənəvi dəyərlərimizə sədaqət hissinin əyani nümayişi olmaqla yanaşı, azərbaycançılıq ideyasının növbəti parlaq təntənəsidir.

Bütövlükdə 2018-ci il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Dünyada davam edən yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində Azərbaycanın ili uğurla başa vurması həyata keçirilən siyasətin düzgünlüyünün təsdiqidir. Sözsüz ki, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək ölkəmiz qədəm qoyduğumuz 2019-cu ili yeni inkişaf göstəriciləri ilə başa vuracaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 12 yanvar.- S.1.