“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Əhalisinin
Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 6, maddə 477; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 12, maddə
966; 2010, ¹ 10, maddə 837; 2011, ¹ 3, maddə 162; 2013, ¹ 5, maddə
475; 2014, ¹ 11, maddə 1347; 2015, ¹ 5, maddə 495) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.0.1-ci, 1.0.4-cü, 6.1-ci,
7.3-cü, 8.2-ci, 8.8-ci, 10.3-cü maddələrinə
"daimi yaşayan” sözlərindən sonra
"və ya qaçqın statusu almış” sözləri
əlavə edilsin.
2. 3-cü maddəyə
"Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında”,” sözlərindən
sonra "Qaçqınların
və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş
şəxslərin) statusu
haqqında”,” sözləri
əlavə edilsin.
3. Aşağıdakı
məzmunda 5.0.3-1-ci və
5.0.3-2-ci maddələr əlavə
edilsin:
"5.0.3-1. Azərbaycan
Respublikasında qaçqın
statusu almış əcnəbilər barədə
məlumatlar;
5.0.3-2. Azərbaycan
Respublikasında qaçqın
statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;”.
4. 7.5.1-1-ci maddədə
"daimi yaşayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə”
sözləri "daimi
yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
müvafiq olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə "icazə”
sözündən sonra
"və ya qaçqın” sözləri
əlavə edilsin.
5. 8.6-cı maddəyə
"çıxarıldıqda” sözündən sonra
", yaxud Azərbaycan
Respublikasında qaçqın
statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını
qəbul etdiyi hal istisna olmaqla)
və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 12 yanvar.-
S.5.