Naxçıvan Muxtar
Respublikasının bir sıra birinci instansiya məhkəmələri
hakimlərinin və sədrlərinin təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
2. Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 12 yanvar.-
S.5.