“Azərbaycan Respublikasının
1994-cü il 23 sentyabr
tarixli 886 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon
və qarovul xidmətləri Nizamnaməsi”ndə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 1, maddə
49, ¹ 8, maddə 1379) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.2-ci bənddən
", 5.3-cü, 6.1.2-ci, 6.1.3-cü” sözləri
çıxarılsın.
2. Aşağıdakı
məzmunda 2.2-1-ci bənd
əlavə edilsin:
"2.2-1. həmin
Nizamnamənin 16 saylı
əlavəsinin 5.3-cü və
6.1.2-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Müdafiə
Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti,
Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
və Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti həyata keçirir;”.
3. 2.4-cü bənddə
", 3.1-ci, 3.2-ci (hər iki
halda), 4.3-cü, 6.1-ci və
6.2-ci” sözləri "və
3.2-ci (ikinci halda)” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı
məzmunda 2.4-1-ci bənd
əlavə edilsin:
"2.4-1. həmin
Nizamnamənin 16 saylı
əlavəsinin 3.1-ci, 3.2-ci (birinci halda), 4.3-cü,
6.1-ci və 6.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar
2019-cu il
Azərbaycan.-
2019.- 11 yanvar.- S. 5.