Fransa-Azərbaycan əlaqələrinin
uğurlu inkişafında Mehriban xanım Əliyevanın rolu
böyükdür
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Nikola Sarkozinin prezidentlik
fəaliyyəti dövründə
Fransa-Azərbaycan əlaqələrinin
uğurlu inkişafında
xanım Mehriban Əliyevanın rolu vurğulanıb. Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa
parlamentlərarası dostluq
qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada
mühüm humanitar layihələrin həyata
keçirilməsi əməkdaşlığımızın
daha da möhkəmlənməsi
işinə böyük
töhfə verib.
Görüşdə, eyni zamanda, bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə
Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli
münasibətlərin inkişaf
etdirilməsi istiqamətində
göstərdikləri fəaliyyət
nəticəsində ölkələrimiz
arasında əlaqələr
bir çox sahələrdə genişlənib.
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 1.