Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin strukturunun və
idarə edilməsinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin fəaliyyətini
optimallaşdırmaq, strukturunu
və idarə edilməsini daha da təkmilləşdirmək
məqsədilə qərara
alıram:
1. Ətraf mühitin mühafizəsi departamentinin
əsasında Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
yanında Dövlət
Ekoloji Təhlükəsizlik
Xidməti, Meşələrin
inkişafı departamentinin
və Elmi Tədqiqat Meşəçilik
İnstitutunun əsasında
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Meşələrin İnkişafı
Xidməti yaradılsın.
2. Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya
Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma
Mərkəzinin və
Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılsın.
3. Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı
departamentinin, Su hövzələrinin
bioloji resurslarının
artırılması və
mühafizəsi departamentinin,
Ovçuluq Təsərrüfatlarının
İdarə Edilməsi
və Ovçuluq Fəaliyyətinə Dövlət
Nəzarəti Xidmətinin
və Elmi Tədqiqat Balıqçılıq
Təsərrüfatı İnstitutunun
əsasında Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
yanında Bioloji Müxtəlifliyin Qorunması
Xidməti yaradılsın.
4. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilsin və onun funksiyaları
nazirliyin Aparatı vasitəsilə həyata keçirilsin, habelə həmin Agentliyin tabeliyindəki Dövlət
Aerogeodeziya Müəssisəsi
və Bakı Kartoqrafiya Fabriki nazirliyin tabeliyinə verilsin.
5. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər
Departamenti ləğv
edilsin və onun işçilərinin
say həddi daxilində
nazirliyin yerli orqanlarının işçilərinin
say həddi artırılsın.
6. Dövlət Ekspertiza
İdarəsinin əsasında
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
nazirliyinin tabeliyində
publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.
7. Agentlikdə təsisçinin
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
7.1. Azərbaycan Respublikasının
Prezidentinə:
7.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
7.1.2. Agentliyin yenidən təşkili və ləğv edilməsi;
7.2. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə:
7.2.1. bu fərmanın
7.1-ci bəndində qeyd
edilənlər istisna
olmaqla, "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
8. Müəyyən edilsin ki:
8.1. Agentlik "Ətraf mühitin mühafizəsi
haqqında”, "Ekoloji
təhlükəsizlik haqqında”
və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının
qanunlarına müvafiq
olaraq təsərrüfat
və digər fəaliyyətlərin dövlət
ekoloji ekspertizasından
keçirilməsi də
daxil olmaqla, ekoloji təhlükəsizliyin
tələblərinə uyğunluğunu
müəyyən edən,
habelə bu sahədə xidmətlər
göstərən publik
hüquqi şəxsdir;
8.2. Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi
üzrə Dövlət
Fondunun vəsaiti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
balansından Agentliyə
verilən aktivlər,
habelə qanunla qadağan olunmayan digər mənbələr
hesabına formalaşdırılır.
9. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
9.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
9.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.4. Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumlarla bağlı aşağıdakıları təmin
edən tədbirlər
görsün və nəticəsi barədə
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin:
9.4.1. Şuşa İriləşdirilmiş
Meşəbəyiliyinin, Ağdərə
Meşə Təsərrüfatının,
Kəlbəcər Meşə
Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və
Zəngilan Meşə
Təsərrüfatının ləğv edilərək,
onların əsasında
Qarabağ Regional Meşə
Təsərrüfatı Mərkəzinin
yaradılmasını;
9.4.2. İqlim Dəyişmələri
və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin,
Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi,
Mineral Xammal Analitik və Elmi Tədqiqatlar
Mərkəzinin, Normativ
və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma
və İxtisasartırma
İnstitutunun, Operativ
Monitorinq və Ekspedisiyalar Mərkəzinin,
Geofiziki Ekspedisiyanın,
Şərq Geoloji Axtarış Ekspedisiyasının,
Qərb Geoloji Axtarış Ekspedisiyasının,
Geoloji Planaalma Ekspedisiyasının və
Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının,
Samux Dövlət Ovçuluq Təsərrüfatının,
Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini;
9.4.3. Ətraf Mühit və Təbii Sərvətlər üzrə
İnformasiya - Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat
Xidmətinin əsasında
vahid qurumun yaradılmasını;
9.4.4. Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, habelə bu fərmanın 1-3-cü
hissələri ilə
yaradılan dövlət
orqanlarının əsasnamələrinin
layihələrini və
işçilərinin say həddi
barədə təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
9.4.5. Agentlik "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq dövlət qeydiyyatına
alındığı gündən
bir ay müddətində
bu fərmanın
8.2-ci bəndinə əsasən
Ətraf Mühitin Mühafizəsi üzrə
Dövlət Fondunun vəsaitinin müvafiq hissəsinin və Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin balansındakı
müvafiq əmlakın
Agentliyin balansına verilməsini təmin etsin;
9.4.6. dövlət ekoloji ekspertizasının
maliyyələşdirilməsinin yeni qaydasını Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla üç
ay müddətində müəyyən
etsin;
9.5. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
10. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi:
10.1. Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi ilə birlikdə strukturuna daxil olan və
bu fərmana əsasən ləğv edilən dövlət orqanlarında işləyən
dövlət qulluqçularına
münasibətdə Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə
və ya ştatlar ixtisara düşərsə, vəzifə
maaşına və ixtisasa uyğun işə düzəlməkdə
və ya dövlət orqanlarında
tutduğu vəzifəyə
uyğun vəzifə
tutmaqda dövlət qulluqçusunun "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun 21.1.6-cı maddəsində
nəzərdə tutulmuş
üstünlüyünün həyata keçirilməsi
Qaydası”na uyğun olaraq tədbirlər görsün;
10.2. bu fərmana
əsasən ləğv
edilən dövlət
qurumlarının işçilərinin
nazirliyin tabeliyindəki
digər qurumlarda müvafiq vakant vəzifələrə təyin
edilməsi ilə bağlı tədbirlər
görsün;
10.3. bu fərmanın
10.1-ci və 10.2-ci bəndlərinin
icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
10.4. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
11. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 2.