Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində
olub
Fransa Respublikasının
sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində
yanvarın 16-da Azərbaycan-Fransız
Universitetində (UFAZ) olub.
AZƏRTAC xəbər verir ki, Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin nəzdində
fəaliyyət göstərən
Azərbaycan-Fransız Universitetində
nümayiş etdirilən
sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin
yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar,
eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair
arxiv sənədləri
nümayiş olunur.
Nikola Sarkozi universitetin tələbələri ilə
söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən
laboratoriyalarla tanış
olub.
Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı
çıxışına "Sizin çox güclü və önəmli ölkəniz
var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb
ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl
ölkə olan Azərbaycana daha böyük üstünlüklər
gətirir. O, qeyd
edib ki, Azərbaycanın gələcəyi
sayılan gənclər
daim öz üzərilərində işləməlidirlər.
Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 4.