“Bizim həyət” layihəsi uğurla davam edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən,
təmirsiz həyətlərin
abadlaşdırılmasına yönəlmiş "Bizim
həyət” layihəsi
uğurla davam edir.
Yanvarın 16-da "Bizim həyət” layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyət sakinlərin
istifadəsinə verilib. Yenilənmiş
həyət Sabunçu
rayonu, Sülh küçəsi 14/1, 14/2 ünvanında
1000 nəfərə yaxın
sakinin yaşadığı
binaları əhatə
edir
"Bizim həyət”
layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz
və abad həyətlərin modelləşdirilməsi,
yaşıllıqların bərpası,
sağlam həyat tərzinin formalaşdırılması,
sakinlər üçün
təhlükəsiz və
rahat yaşam şəraitinin yaradılmasıdır.
"Bizim həyət” layihəsi çərçivəsində
abadlaşdırılan həyətdə
əlil və sağlamlıq imkanları
məhdud insanların
rahat hərəkəti
də nəzərə
alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı
üçün əlverişli
şəraitin yaradılması
və gənclərin
asudə vaxtlarının
səmərəli keçirilməsi
məqsədilə ərazidə
idman qurğuları, uşaqlar üçün
xüsusi örtüklü
əyləncə mərkəzi
quraşdırılıb, 4 ədəd söhbətgah
və oturacaqlar qoyulub. Bu cür
meydançaların salınmasında
əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını
möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə,
o cümlədən onlarda
sistematik idmanla məşğulolma refleksinin
yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə
alınaraq, binaların
fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud
yaşıllıqların bərpası
ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 700 kvadratmetr ərazidə yaşıllıq zolağı
salınıb.
Sabunçu rayonunda sakinlərin istifadəsinə verilmiş
həyət layihə
çərçivəsində abadlaşdırılan on beşinci
həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında
həyata keçirilməsi
nəzərdə tutulur. Bununla əlaqədar,
paytaxtımızın abadlaşdırılmaya
ehtiyacı olan həyətləri haqqında
məlumat və tövsiyələrin IDEA İctimai
Birliyinə təqdim edilməsi xahiş olunur.
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 8.