Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969,
1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438; Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD nömrəli,
30 oktyabr tarixli
1301-VQD, 1307-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
116.1-ci maddəyə "279.0.1,” rəqəmlərindən sonra
"393-1.2, 393-1.4,” rəqəmləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 393-1-ci maddə
əlavə edilsin:
"Maddə 393-1. Mənzil
qanunvericiliyinin pozulması
393-1.1. Kooperativ binanın tikintisi və (və ya) yenidən
qurulması tam başa
çatdıqdan və
həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin
ümumi sayının
əlli faizindən çoxuna mülkiyyət
hüququ mənzil-tikinti
kooperativinin üzvlərinə
keçdikdən sonra
bir ay müddətində
mənzil-tikinti kooperativinin
qanunla müəyyən
olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə
çevrilməsi barədə
qərar qəbul edilməməsinə və
ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin
qeydiyyatı haqqında
qanunvericiliyə uyğun
olaraq zəruri tədbirlərin görülməməsinə
görə - vəzifəli
şəxslər iki
min manat məbləğində,
hüquqi şəxslər
beş min manat məbləğində cərimə
edilir.
393-1.2. Çoxmənzilli binanın
idarəetmə üsulunun
seçilməsi məsələsinin
həlli üçün
həmin binanın yerləşdiyi ərazinin
bələdiyyəsi tərəfindən
Azərbaycan Respublikasının
Mənzil Məcəlləsi
ilə müəyyən
olunmuş qaydada tədbirlərin görülməməsinə
görə - vəzifəli
şəxslər üç
yüz manatdan beş yüz
manatadək məbləğdə
cərimə edilir.
393-1.3. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydanı pozmaqla, çoxmənzilli binanın
idarə edilməsi, habelə həmin qaydanın müddəalarının
(o cümlədən, həmin
qaydada edilən sonrakı dəyişikliklərin)
çoxmənzilli binanın
idarə edilməsi müqaviləsində əks
etdirilməməsinə görə
- vəzifəli şəxslər
beş yüz
manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə
edilir.
393-1.4. Çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən
ona məxsus olan sahənin saxlanması xərclərini,
habelə mənzil qanunvericiliyinə uyğun
olaraq çoxmənzilli
binanın ümumi əmlakının saxlanması
xərclərini vaxtında
və tam məbləğdə
çəkməkdən boyun
qaçırılmasına görə - ödənilməli
olan ödənişlərin
məbləğinin yüz
faizindən yüz əlli faizinədək məbləğdə cərimə
edilir.
393-1.5. Ağır xroniki
xəstəliklərə düçar
olmuş şəxsin
sosial kirayə müqaviləsinə əsasən
yaşadığı və
ya köçdüyü
yaşayış sahəsinin
ikinci əldən kirayəyə verilməsinə
görə - yüz manat məbləğində
cərimə edilir.
393-1.6. Çoxmənzilli binanın
sahə mülkiyyətçilərinə
Azərbaycan Respublikasının
Mənzil Məcəlləsi
ilə müəyyən
olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik
törədilməsinə görə
- vəzifəli şəxslər
üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan
iki min manatadək məbləğdə cərimə
edilir.”.
Maddə 2. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 393-1.3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsinə
görə məsuliyyət
müvafiq icra hakimiyyəti orqanının
çoxmənzilli binanın
idarə edilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2018-ci il
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 2.