Azərbaycan Respublikasının
2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq
edilmiş 1 nömrəli əlavə - “Güclü təsir
edən maddələr və onların külli
miqdarının, habelə zəhərli maddələrin
Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 635) ilə
təsdiq edilmiş 1 nömrəli əlavə
- "Güclü təsir
edən maddələr
və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
Aşağıdakı məzmunda
37-1-ci hissə əlavə
edilsin:
37-1. |
Qabapentin. Bütün qabapentin
tərkibli dərman vasitələrinə şamil
olunur. (1-(Aminometil)
tsikloheksansirkə turşusu) |
5 |
2.
79-cu hissədən "100mq-150mq-200mq və daha artıq”
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 2.