Mədəniyyət ocaqlarında 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilir

 

20 Yanvar Azərbaycanın müasir tarixinin hüznlüeyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan 29 il ötür. Hər il olduğu kimi, bu il də Bakıda, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda, elm və təhsil ocaqlarında bununla bağlı silsilə tədbirlər keçirilir.

Yanvarın 17-də Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Azadlıq aşiqləri” rəsm müsabiqəsinə yekun vurulmuş, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "20 Yanvarı unutmadıq” mövzusunda sərgi açılmış, "dəyirmi masakeçirilmişdir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "20 Yanvar ümumxalq hüznqürur günüdürmövzusunda kitab sərgisi və filmin nümayişi olmuşdur. Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr edilmiş, ədəbi-bədii kompozisiya göstərilmiş, respublika Gözdən Əlillər Kitabxanasında anım tədbiri keçirilmişdir.

Hüznlü günlə əlaqədar ölkəmizin bölgələri də daxil olmaqla teatr, kinokonsert müəssisələrində, təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunub. Yanvarın 19-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında görkəmli bəstəkar, xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunan "İntizar” operası, yanvarın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun "Xəcalət” tamaşası, xalq yazıçısı, İ.Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan "Qarabağnamə” tamaşası göstəriləcəkdir.

Dövlət Yuğ Teatrının kollektivi G.Dumbadzenin "Məhşər günü” tamaşasını, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yazıçı-dramaturq T.Vəliyevanın "Mənim göyərçinim” və D.Mustafayevin "Əlincə qalası” əsərlərini səhnəyə qoyacaqlar. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem” əsəri səslənəcək.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəsm sərgisi və ədəbi-bədii kompozisiya təşkil ediləcək. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və filiallarında 20 Yanvar faciəsinin ildönümü münasibətilə "Tarix unutmayır qəhrəmanları”, "Həqiqət uğrunda ölümləriylə ölümü kamına çəkdi şəhidlər”, "And yerimiz - Şəhidlər xiyabanı”, "Azadlığa gedən yolun zirvəsi” və s. mövzularda anım tədbirləri keçiriləcək, sərgilər açılacaq və təqdimatlar olacaqdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan vətən övladlarının ailə üzvləri ilə görüş keçiriləcək. Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın "Salnaməfilm” studiyasında çəkdiyi "Unutma” sənədli filminin təqdimatı olacaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın mədəniyyət müəssisələrində, regional mədəniyyət idarələri tərəfindən isə respublikamızın bölgələrində faciənin ildönümü ilə bağlı çoxsaylı tədbirlər davam edir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 18 yanvar.- S. 6.