İncəsənət xalqları tanıdan, insanları birləşdirən mühüm vasitədir

 

Azərbaycanın zəngin mədəniyyəti ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu baxımdan, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ölkəmizin zəngin maddiqeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açdı. Azərbaycan muğam sənəti ilk olaraq UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi.

2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə isə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş-nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin işlənilməsi və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahısına salınıb. Həmçinin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir.

 

Azərbaycan.- 2019.- 18 yanvar.- S. 7.