Yeni hədəflərə
doğru
Düşünülmüş, ardıcıl və məqsədyönlü
siyasət 2018-ci ili də uğurlu
mərhələyə çevirdi
2018-ci il arxada qaldı!
Bəs geriyə baxanda yenicə yola saldığımız ili necə görürük?
Əslində, tarixə qovuşan 2018-ci il də son 15 ildən fərqlənməyib! Həm də yaxşı mənada!
Belə ki, yenə də ölkəmiz inkişaf edib, yenə də Azərbaycanda mühüm beynəlxalq tədbirlər, görüşlər, idman yarışları keçirilib, yenə də Prezident İlham Əliyev dünyanın müxtəlif dövlətlərinə və regionlara çoxsaylı səfərlər keçirib, yüksək ranqlı qonaqları qəbul edib, Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu daha da artıb...
Arxaya baxanda maraqlı bir sual da yaranır: Azərbaycana bu böyük hörmət, diqqət, etibar və inam nədən qaynaqlanır?
Əlbəttə, ölkəmizə ən böyük hörməti qazandıran ilk növbədə onun müstəqil, balanslı, qarşılıqlı hörmətə və maraqlara əsaslanan siyasət yürütməsidir!
İkincisi, təkcə qonşularına deyil, dünyanın digər ölkələrinə də böyük fayda gətirən transmilli layihələri gerçəkləşdirməsi, orada iştirakı hamı üçün maraqlı və gəlirli etməsidir.
Üçüncüsü, Prezident İlham Əliyevin xarizmatik şəxsiyyət olması, daim sözünə sahiblik etməsi, qısa müddətdə insanlarla xoş, inam və etibara əsaslanan ünsiyyət qurmasıdır!
Dördüncüsü, Azərbaycanın daim sülh siyasəti yeritməsi, qlobal dünyanı düşündürən, narahatlıq doğuran problemlərin səmərəli, praktik müzakirəsini təşkil etməsi, dəyərli təkliflər irəli sürməsi və konkret nümunələr, modellər göstərməsidir.
Ən nəhayət, ölkəmizə bir dəfə gələnlərin, dövlət başçısı ilə ünsiyyət quranların yenidən belə görüşlərə can atması, Azərbaycanla əməkdaşlıqdan hamının fayda götürüb maddi və mənəvi baxımdan nə isə qazanması, bizimlə əməkdaşlığın və birgə fəaliyyətin səmərəli və uğurlu olmasına qısa müddətdə əminlik hasil etməsidir!
***
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bütövlükdə ötən il ərzində görülən işlərə və qazanılan nəticələrə müfəssəl şəkildə toxunmuşdur. Dünyada gedən proseslərin fonunda Azərbaycanın uğurlarından danışaraq baş verənləri dərindən təhlil edən cənab İlham Əliyev maraqlı məqamlardan söz açmışdır.
Gənc, müstəqil dövlət olaraq Azərbaycanın ən böyük uğuru ölkədəki möhkəm və dönməz sabitlikdir!
Bu sabitliyin özəyində xalqla iqtidarın vəhdəti dayanır: iqtidar daim xalqın istəyini gerçəkləşdirir, rifahını durmadan yüksəldir. Xalq isə arzularının reallaşmasını təmin edən iqtidarı dəstəkləyir, hər dəfə prezident seçkilərində bu dəstəyini seçki qutusuna atdığı səsvermə bülletenlərində ifadə edir.
Bu birliyin nəticəsi isə bugünkü möhtəşəm Azərbaycan, onun bütün sahələrdə qazandığı ürəkaçan nailiyyətlərdir!
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşlərində, mətbuata açıqlamalarında həmin məqamları xüsusi vurğulayır. Nazirlər Kabinetinin iclasında da yaddaqalan məsələlərə bir daha diqqət çəkildi.
***
"2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.
Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.
Bəli, Prezident, həmişəki kimi, haqlıdır.
Dünyanın çalxalandığı, qana bulaşdığı bir vaxtda Azərbaycan illərdir ki, sabitlik və əmin-amanlıq adasını xatırladır.
O Azərbaycan ki, Ermənistanla müharibə vəziyyətindədir!
O Azərbaycan ki, torpaqlarının 20 faizi işğal altındadır!
O Azərbaycan ki, bir milyondan çox qaçqın və məcburi köçkünü vardır!
O Azərbaycan ki, dövlət müstəqilliyinin real dövrü vur-tut iyirmi beş ildir!
Amma görün xalqla iqtidar yekdil olanda inkişaf necə sürətlə gedir!
Xüsusən son 15 ilin nailiyyətləri nə qədər möhtəşəm və ürəkaçandır!
Həm də bunu təkcə biz demirik! Bakıya gələn bütün əcnəbi qonaqlar sabitlikdən, əmin-amanlıqdan tutmuş tikinti, abadlıq, quruculuğa qədər hər şeyə valeh olduqlarını gizlətmirlər. Dünyanın nüfuzlu qurumları isə daim özlərinin reytinq siyahısında ölkəmizə öndə yer verirlər.
Şübhə etmirik ki, bu proses növbəti illərdə də sürətlə davam edəcəkdir!
***
"Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”.
Prezident Azərbaycanın qətiyyətli mövqeyini bir daha bəyan etdi!
Təəssüf ki, I Qarabağ müharibəsi başa çatdıqdan sonra bizə yalnız rayonların işğal gününü "qara bayram” kimi qeyd etmək qalmışdı...
Ali Baş Komandan cənab İlham Əliyev isə bu "ənənəyə” yenisini, "qırmızı bayram”ları əlavə etdi!
2016-cı ildə Aprel zəfərini, 2018-ci ildə isə Naxçıvandakı qələbənin sevincini yaşatdı!
Aprel müharibəsində təkcə Lələtəpə yüksəkliyini, böyük bir ərazini qaytarmaqla xeyli sahəyə nəzarəti də bərpa etdik!
Aprel müharibəsi həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində əsaslı və kəskin dönüş oldu!
Düşməni təkcə hərbi cəhətdən məğlub edərək üstünlüyümüzü sübut etmədik!
Eyni zamanda, psixoloji və mənəvi cəhətdən də yerlə yeksan etdik!
Naxçıvan əməliyyatında da böyük bir ərazi və strateji yüksəkliklə bərabər Ermənistandan Qarabağa gedən əsas yolu da nəzarətə götürdük!
Düşmən hələ də bu itkilərin ağrısını yaşayır!
Düşmən hələ də bu məğlubiyyətin xofundan qurtarmayıb!
Düşmən hələ də bu dəyişikliklərin altını çəkir!
NƏTİCƏ GÖZ ÖNÜNDƏDİR:
* Ermənistanın kriminal rəhbərliyi hakimiyyətdən qovuldu!
* Qarabağ klanı məhşər ayağına çəkilir!
* Artıq tək ermənilər yox, bütün dünya da anlayıb ki, münaqişənin gedişində ciddi keyfiyyət dəyişikliyi baş verib!
* İqtisadiyyatı və tarazlığı pozulan, siyasəti və dövlət müstəqilliyi iflasa uğrayan Ermənistan Azərbaycanın qarşısında durmaq iqtidarında deyil!
* Onun xilası əraziləri könüllü olaraq işğaldan azad etmək, qonşularla normal münasibətlər qurmaqdadır!
HƏM DƏ QISA MÜDDƏTDƏ!
***
"Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq”.
Azərbaycanın nüfuzunu artıran başlıca amillər hansılardır?
Əvvəla, Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən müstəqil dövlətdir!
Forpost, satellat
və ya kiminsə əyaləti deyil!
Bütün dövlətlərlə qarşılıqlı
maraqlara əsaslanan, bir-birinin daxili işlərinə qarışmayan
əməkdaşlıq əlaqələri
qurur.
Azərbaycan xoş məramlar, xoş niyyətlər dövlətidir!
Həyat
vəsiqəsi verdiyi bütün transmilli layihələr bütün
dövlətlərə və
xalqlara xeyir gətirir.
Keçirdiyi beynəlxalq tədbirlərdə
qlobal dünyanın problemləri müzakirə
olunur, insanlara sülh və əmin-amanlıq gətirən
təkliflər irəli
sürülür, qərarlar
qəbul olunur.
Dünya və Avropa birinciliklərinin, beynəlxalq
idman yarışlarının
təşkilatçısı qismində çıxış
edir. I Avropa, IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” kimi
mötəbər yarışların
yüksək səviyyədə
keçirilməsinin təminatçısı
olub.
Bütün fəaliyyəti ilə dünyaya sülh, xalqlara mehribanlıq və əməkdaşlıq
nümunələri bəxş
edən dövlət,
təbii ki, başqaları tərəfindən
daim sevilər, hörmətlə qarşılanar,
nüfuz sahibinə çevrilər.
***
"Mən
bu siyasəti heç vaxt gizlətməmişəm və
müxtəlif kürsülərdən
açıq bəyan
etmişəm ki, biz Ermənistanı təcrid
etmək üçün
bütün vasitələrdən
istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun.
Dəfələrlə bunu bildirmişəm, bir daha demək
istəyirəm ki, Ermənistanı bu ağır böhranlı
vəziyyətdən çıxarmaq
üçün bir yol var - o da
Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal
edilmiş torpaqlardan çıxarılmalıdır”.
Azərbaycanla aşkar düşmənçilik
edən yalnız bir ölkə var, o da Ermənistandır. Ölkəmizə
qarşı ərazi iddiasında olan bu forpost havadarlarına
arxalanaraq ərazimizin
20 faizini işğal edib, 20 min vətən övladının şəhidliyinə
bais olub! Amma özü də, necə deyərlər, ağ
günə çıxmayıb!
Satellat dövlətə çevrilib,
bütün strateji obyektlərini başqasına
satıb, hazırda əhalisi dilənçi vəziyyətində yaşayır,
ölkə vətəndaşları
birdəfəlik köçüb
gedirlər.
Artıq dünya Ermənistanın
Xocalı soyqırımı
törətdiyini bilir
və qəbul edir, beynəlxalq qurum və təşkilatlar
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
müdafiə edir. Bu günlərdə Avropa İttifaqının separatçılıqla
bağlı qəbul etdiyi qətnamə ikili standartların da sonunun çatdığını
göstərir.
Ermənistanın ən çox arxalandığı və
Azərbaycanın üzvü
olmadığı KTMT-də
nəinki onu daha müdafiə etmirlər, əksinə, beşinci təkər vəziyyətində görürlər. Rusiya ilə Avropa arasında vurnuxan bu ölkə axmaq siyasətinin girovuna çevrilərək
iflas həddinə çatmışdır!
***
"Bu gün
Azərbaycan iqtisadi inkişaf baxımından
heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik
bizə imkan verir ki, müstəqil
siyasət aparaq, Azərbaycan xalqının
maraqlarını müdafiə
edək. Keçən
il iqtisadi
inkişaf baxımından
uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il
dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük
dərəcədə artıb.
Bütün iqtisadi göstəricilərimiz
çox müsbətdir.
İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı
tam təmin etməkdir,
xoşagəlməz hallara
qarşı mübarizəni
gücləndirməkdir və
beləliklə, ölkəmizin
uğurlu inkişafını
sürətləndirməkdir”.
Elə bir il yoxdur
ki, Azərbaycan dünyaya səs salan bir möhtəşəm
layihəni işə
salmasın! Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat
dəhlizləri, "Cənub
qaz dəhlizi”,
"Star” NEZ kimi layihələri,
orbitə buraxılan
3 peyki hasilə gətirmək hər dövlətin hünəri
deyil!
Bunları Prezident
İlham Əliyev edib!
Təkcə ötən
il ümumi daxili məhsul, yəni iqtisadi artım 1,4 faiz
olub. Bundan daha yaxşı
göstərici qeyri-neft
sektorunun inkişafıdır.
Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatı
4,6 faiz artmışdır.
Ölkə iqtisadiyyatına
keçən il 17,2 milyard manat
sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatı, ondan da çoxu
ölkəmizin qeyri-neft
sektoruna qoyulan sərmayədir. Yəni bu,
onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.
Ümumiyyətlə, son 15 ildə
ölkə iqtisadiyyatı
3,2 dəfə, ÜDM-in adambaşına
düşən həcmi
5 dəfə, qeyri-neft
iqtisadiyyatı 2,8 dəfə,
kənd təsərrüfatı
1,7 dəfə artıb.
İşsizlik və yoxsulluq 5 faizə enib, valyuta ehtiyatımız
45 milyard dolları keçib, 2 milyona yaxın yeni iş yerləri açılıb, inflyasiya
cəmi 2,3 faizdir.
Müstəqillik dövründə ölkəyə
250 milyard dollarlıq sərmayə yatırılıb.
***
Bir sözlə,
2018-ci il ölkəmizin ictimai-siyasi
və sosial-iqtisadi həyatındakı hadisələrin
əhəmiyyəti və
zənginliyi baxımından
uğurlu il kimi qiymətləndirilməlidir.
Dövlət daim öz vətəndaşının
yanındadır!
Şəhid ailələrinə, müharibə
əlillərinə, hərbçilərə,
jurnalistlərə dövlət
hesabına tikilən təmirli evlər verilir, sosial yardımlar göstərilir.
Azərbaycan vətəndaşı
ilbəil daha yaxşı yaşayır!
Şübhə etmirik ki, bundan
sonra da hər ilimiz uğurlu olacaq, yeni-yeni qələbələrə
imza atılacaq. Azərbaycan
xalqı ərazi bütövlüyünü bərpa
etməklə xoşbəxt
və firavan ömür sürəcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2019.- 15 yanvar.- S.1; 4.