“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
İqtisadiyyatın rəqabət qabiliyyətinin
artırılması və
strukturunun təkmilləşdirilməsi
baxımından sənayenin
inkişafı ölkədə
aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir.
Son illərdə
qlobal iqtisadi çağırışlara uyğun
olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə yönəlmiş
məqsədyönlü tədbirlər
nəticəsində ölkədə
iqtisadiyyatın digər
sektorları kimi sənaye infrastrukturu da təkmilləşdirilmiş,
sənayenin üstün
artımı təmin
edilmiş, bu sahənin modernləşdirilməsi
və strukturunun təkmilləşdirilməsi, qeyri-neft
sənayesinin ixrac potensialının artırılması
və yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli
sənaye istehsalının
genişləndirilməsi istiqamətində
mühüm tədbirlər
görülmüşdür.
Bununla yanaşı,
qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın
ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı
əvəz edən sənaye məhsullarının
istehsalının artırılması,
eyni zamanda, ölkənin müdafiə
siyasətinin başlıca
istiqamətlərindən olan
müdafiə sənayesinin
müasir tələblərə
uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında
kəmiyyət və keyfiyyət göstəricilərinin
daxili istehsal hesabına yüksəldilməsi
bu sahədə fəaliyyət göstərən
yüksək inkişaf
potensialına malik müəssisələrin qabaqcıl
təcrübə və
texnologiyalar əsasında
modernləşdirilməsinin həyata keçirilməsini,
qabaqcıl korporativ idarəetmə təcrübəsi
tətbiq edilməklə,
mövcud iqtisadi konyunkturada rəqabətədavamlılığının
artırılmasını zəruri
edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkədə dövlət
idarəetmə strukturunu
optimallaşdırmaq, müdafiə
sənayesinin inkişafının
dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini
daha təkmilləşdirmək,
habelə sənayeləşmənin
yeni mərhələsində
mövcud potensialdan səmərəli istifadə
etməklə Azərbaycanın
regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə
çevrilməsinə nail olmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyinin əsasında "Azərsilah”
Açıq Səhmdar
Cəmiyyəti (bundan
sonra - Cəmiyyət)
yaradılsın.
2. Cəmiyyətdə
ümumi yığıncağının
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin
nizamnaməsinin və
strukturunun təsdiqi, nizamnamə kapitalının
miqdarının müəyyən
edilməsi;
2.1.2. Cəmiyyətin
İdarə Heyəti
sədrinin və sədr müavinlərinin
vəzifəyə təyin
və vəzifədən
azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsi;
2.1.3. Cəmiyyətin
yenidən təşkili
və ləğvi;
2.2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə:
2.2.1. bu
fərmanın 2.1-ci bəndində
qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi
ilə ümumi yığıncağın səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
3. Müəyyən
edilsin ki:
3.1. Cəmiyyət
qabaqcıl texnologiyaları
tətbiq etməklə
Azərbaycan Respublikasında
silah istehsalını,
ixracını, onların
ölkə daxilində
və xaricdə satışının təşkilini
həyata keçirən,
müasir menecment və korporativ idarəetmə standartları
əsasında tabeliyində
olan müəssisələrin
fəaliyyətinin əlaqələndirilməsini
və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir;
3.2. Cəmiyyətin
fəaliyyətinə ümumi
rəhbərliyi və
nəzarəti üç
üzvdən - Azərbaycan
Respublikası Prezidentinin
vəzifəyə təyin
və vəzifədən
azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən
ibarət İdarə
Heyəti həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. üç
ay müddətində:
4.1.1. Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.1.3. Cəmiyyətin
nizamnaməsinin layihəsini,
strukturu, o cümlədən
nizamnamə kapitalının
miqdarı barədə
təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.1.4. Azərbaycan
Respublikasının Müdafiə
Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin
Cəmiyyətin tabeliyinə
verilməsi, habelə
beynəlxalq təcrübə
nəzərə alınmaqla,
onların fəaliyyətində
səmərəliliyinin daha
da artırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.1.5. Cəmiyyətin
balansına veriləcək
aktivləri fəaliyyət
profilinə uyğun olaraq təsnifləşdirsin,
onun fəaliyyət istiqamətləri ilə uzlaşmayan və ya problemli aktivləri
müəyyən etsin
və beynəlxalq təcrübə nəzərə
alınmaqla, həmin aktivlərin mərhələli
şəkildə Cəmiyyətin
balansından çıxarılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.1.6. Cəmiyyətin
tabeliyinə veriləcək
müəssisələrin infrastruktur
təminatının yaxşılaşdırılması
ilə bağlı tədbirlər görsün
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
4.2. bu
fərmanın 5-ci hissəsində
nəzərdə tutulmuş
gündən:
4.2.1. Azərbaycan
Respublikasının Müdafiə
Sənayesi Nazirliyinin normativ hüquqi aktlarına münasibətdə
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun
7.2-ci maddəsində nəzərdə
tutulmuş səlahiyyəti
Cəmiyyətin təklifləri
əsasında həyata
keçirsin və nəticəsi barədə
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.2.2. Azərbaycan
Respublikasının Müdafiə
Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının
Cəmiyyətin balansına
verilməsini bir ay müddətində təmin
etsin və nəticəsi barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Cəmiyyət
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı
günədək Azərbaycan
Respublikasının Müdafiə
Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirsin.
6. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 15 yanvar.-
S. 3.