Azərbaycan Respublikasında dövlət idarəçiliyinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında
dövlət idarəçiliyini
daha da təkmilləşdirmək,
dövlət orqanlarının
və qurumlarının
fəaliyyətini optimallaşdırmaq
və dövlət büdcəsi vəsaitindən
səmərəli istifadəni
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri
özünümaliyyələşdirmə
prinsipi əsasında
həyata keçirilməklə
yenidən təşkil
edilsin.
2. Azərbaycan Respublikasının Alternativ
və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və Azərbaycan
Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi
ləğv edilsin, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyanın
Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi
Qrupu, Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu,
habelə Azərbaycan
Respublikasının Tarif
(qiymət) Şurasının
Katibliyi ləğv edilsin və onların fəaliyyəti
ictimai əsaslarla həyata keçirilməklə
yenidən təşkil
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi ilə birlikdə bu fərmanın 2-ci hissəsində
nəzərdə tutulan
dövlət orqanlarının
və qurumlarının
balanslarında olan dövlət əmlakına
münasibətdə "Dövlət
əmlakının qorunub
saxlanılması və
səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görüb üç ay
müddətində Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
3.5. bu
fərmanın 1-ci hissəsinə
uyğun olaraq təkliflərini və müvafiq normativ hüquqi aktların layihələrini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Bu fərmanın
2-ci hissəsində nəzərdə
tutulan komissiyalara və Tarif (qiymət) Şurasına tapşırılsın ki,
müvafiq işçi
qrup və katiblikləri həmin komissiyaların və Tarif (qiymət) Şurasının üzvlərinin
təmsil etdikləri dövlət orqanlarının
(qurumlarının) nümayəndələrindən
ibarət tərkibdə
formalaşdırsın, onların
əsasnamələrini təsdiq
etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
5. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 15 yanvar.-
S. 3.