Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət
xidmətlərinin optimallaşdırılması
və səmərəliliyinin
artırılması, həmin
dövlət xidmətlərinin
daha az həcmdə
resurs sərf edilməklə həyata keçirilməsi, dövlət
vəsaitinə qənaət
edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi,
xidmətlərin həyata
keçirilməsində keyfiyyətə
nəzarətin təşkili,
şəffaflığın artırılması, innovativ
həllərin tətbiqi,
elektron xidmətlərə
keçidin sürətləndirilməsi
və vətəndaş
məmnunluğunun artırılması
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət
Baytarlıq Xidmətinin,
Bitki Sortlarının
Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.
2. Müəyyən
edilsin ki:
2.1. Agentlik:
2.1.1. baytarlıq
və fitosanitar xidmətlərinin təşkilini
və idarə edilməsini, keyfiyyətinə
nəzarəti həyata
keçirir, bu sahədə dövlət
aqrar inkişaf mərkəzlərinin (bundan
sonra - DAİM) fəaliyyətini
əlaqələndirir;
2.1.2. kənd
təsərrüfatı texnikasının
qeydiyyatını, texnikaya
nəzarət fəaliyyətini
və bu sahədə dövlət
xidmətlərini DAİM vasitəsilə
həyata keçirir;
2.1.3. aqrokimya,
toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri,
toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin
təşkili və göstərilməsinə nəzarət
edir;
2.1.4. bu
fərmanın 1-ci hissəsində
nəzərdə tutulan
dövlət xidmətlərinin
digər hüquq və vəzifələrini
həyata keçirir;
2.2. Agentliyin Aparatının işçilərinin
say həddi 85 nəfərdir.
3. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin
regional bölmələrinin işçilərinin say həddində
ştat vahidləri
DAİM-ə verilsin.
4. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi:
4.1. Agentliyin əsasnaməsinin layihəsini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. regionlarda
DAİM vasitəsilə göstəriləcək
xidmətlərin siyahısını
və həmin xidmətlərin reqlamentlərini
üç ay müddətində
təsdiq etsin;
4.3. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi
bu fərmanın 1-ci hissəsində nəzərdə
tutulan dövlət xidmətlərində işləyən
dövlət qulluqçularına
münasibətdə Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə
və ya ştatlar ixtisara düşərsə, vəzifə
maaşına və ixtisasa uyğun işə düzəlməkdə
və ya dövlət orqanlarında
tutduğu vəzifəyə
uyğun vəzifə
tutmaqda dövlət qulluqçusunun "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun 21.1.6-cı maddəsində
nəzərdə tutulmuş
üstünlüyünün həyata keçirilməsi
Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.
6. Agentliyin əsasnaməsi təsdiq edilənədək bu fərmanın 1-ci hissəsində
nəzərdə tutulan
dövlət xidmətləri
öz fəaliyyətlərini
davam etdirsinlər.
7. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
7.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
7.4. bu
fərmanın 1-ci hissəsində
nəzərdə tutulan
dövlət xidmətlərinin
balanslarındakı dövlət
əmlakının Agentliyin
əsasnaməsi təsdiq
edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;
7.5. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
8. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 16 yanvar.-
S.2.