“Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti
ilə bağlı bəzi məsələlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr
tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1820;
2017, ¹ 5, maddə 821, ¹ 11, maddə 2006; 2018, ¹ 2, maddə 181, ¹
6, maddə 1196) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 4.4-cü bənddən "Cəmiyyət
tərəfindən” sözləri çıxarılsın;
1.2. 6-cı bənddə "Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri
"Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri
ilə əvəz edilsin;
1.3. 6.3-cü bənddə "Cəmiyyətə”
sözü "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə”
sözləri ilə əvəz edilsin;
1.4. 8.2-ci bənddə "Cəmiyyətlə”
sözü "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti
ilə” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı
məzmunda 8.3-cü bənd əlavə edilsin:
"8.3. Bu fərmanın 1-ci hissəsi
ilə təsdiq olunmuş qaydaya uyğun olaraq edilən
müraciətlərin cavablandırılması, o cümlədən
yaranan çətinliklərlə bağlı müraciətlər
və onların aradan qaldırılması "ASAN xidmət”
mərkəzləri vasitəsilə də həyata
keçirilir.”;
1.6. 9.3-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"9.3. Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitinin
bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilən
qaydaya uyğun olaraq vətəndaşlar tərəfindən
mənzillərin əldə edilməsinə yönəldilən
hissəsini hər maliyyə ilinin əvvəlində Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən etsin;”.
2. Həmin fərmanla təsdiq
edilmiş "Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 1.1-ci bənddə "Cəmiyyətlə”
sözü "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti
ilə” sözləri ilə əvəz edilsin və həmin
bənddən "Fərmanın 1-ci hissəsi ilə təsdiq
olunmuş” sözləri çıxarılsın;
2.2. 1.2.1-ci yarımbənddə
"Cəmiyyətinin” sözü "Cəmiyyəti”
sözü ilə, "Cəmiyyətlə” sözü
"MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə”
sözləri ilə əvəz edilsin və həmin bənddən
"Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş”
sözləri çıxarılsın;
2.3. aşağıdakı
məzmunda 1.2.4-1-ci və 1.2.9-1-ci yarımbəndlər əlavə
edilsin:
"1.2.4-1. elektron kabinet verilmiş
şəxs - bu qaydanın 5.5-ci bəndinə əsasən
"Güzəştli mənzil” sistemində qeydiyyata
alınaraq elektron kabineti yaradılmış Azərbaycan
Respublikasının vətəndaşı;”;
"1.2.9-1. mənzil əldə edənin
öz vəsaiti (bundan sonra - öz vəsaiti) - fondun vəsaiti
hesabına verilən güzəştli ipoteka krediti istisna
olmaqla digər vəsait (kredit hesabına cəlb etdiyi vəsait
daxil olmaqla).”;
2.4. 1.2.5-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
"1.2.5. ərizəçi
- bu qaydanın 5.7-ci bəndinə əsasən "Güzəştli
mənzil” sistemində güzəştli şərtlərlə
əldə edilməli mənzili seçmiş elektron kabinet
verilmiş şəxs;”;
2.5. 1.2.10-cu yarımbənd ləğv
edilsin;
2.6. 3.1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"3.1. Bu qaydaya uyğun olaraq mənzil
güzəştli qiymətlə, ipoteka kreditinin verilməsi
qaydasına uyğun olaraq ilkin razılıq qərarı əsasında
ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti,
yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına
əldə edilir.”;
2.7. 3.2-ci bənddə "Agentlik
(onun kollegial orqanı) mənzilin orta bazar qiymətindən
aşağı” sözləri "Agentliyin İdarə Heyəti”
sözləri ilə əvəz edilsin;
2.8. aşağıdakı
məzmunda 3.5-ci bənd əlavə edilsin:
"3.5. Mənzillər
satışa çıxarılarkən onların elektron
kabinet verilmiş şəxslər tərəfindən ipoteka
kreditindən istifadə etməklə və öz vəsaiti
hesabına, yaxud yalnız öz vəsaiti hesabına əldə
etməsi bu qaydanın 4-cü hissəsində nəzərdə
tutulan elanda göstərilməlidir. Satışa çıxarılan mənzillərin
yalnız öz vəsaiti hesabına əldə edilməsini nəzərdə
tutan elan iki dəfə və daha çox ardıcıl olaraq
verilə bilməz.”;
2.9. 4.3.8-ci yarımbənddə
"satışının” sözündən sonra
"("Güzəştli mənzil” sistemi vasitəsilə
seçilməsinin)” sözləri əlavə edilsin;
2.10. 4.3.9-cu yarımbənddə
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
4.3.10-cu yarımbənd əlavə olunsun:
"4.3.10. satışa
çıxarılan mənzillərin dəyərinin
aşağıdakı ödəniş üsullarından
biri:
1. ipoteka kreditindən
istifadə etməklə və öz vəsaiti hesabına və
ya;
2. öz vəsaiti
hesabına.”;
2.11. aşağıdakı
məzmunda 5.5-1-5.5-3-cü bəndlər əlavə edilsin:
"5.5-1. Mənzili ipoteka kreditindən
istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də
öz vəsaiti hesabına əldə etmək istəyən
elektron kabinet verilmiş şəxs "Güzəştli mənzil”
sistemi vasitəsilə "Elektron ipoteka” sisteminə yönəldilir
və "Elektron ipoteka” sistemində onun qeydiyyatı yoxdursa,
şəxs həmin sistemdə avtomatik qeydiyyata alınır. Bu barədə "Güzəştli mənzil”
sistemi vasitəsilə şəxsin elektron kabinetində
müvafiq bildiriş yerləşdirilir.
5.5-2. Elektron kabinet verilmiş şəxs
bu qaydanın 5.5-1-ci bəndində nəzərdə tutulan
bildiriş onun elektron kabinetində yerləşdirildikdən
sonra ilkin razılıq qərarının alınması
üçün agent banka müraciət
etməli və ipoteka kreditinin verilməsi qaydası ilə
müəyyən edilmiş sənədləri təqdim etməlidir.
Belə müraciətə ipoteka kreditinin verilməsi
qaydasına uyğun olaraq baxılır. Elektron
kabinet verilmiş şəxs agent bankdan aldığı ilkin
razılıq qərarını "Güzəştli mənzil”
sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin
etməlidir.
5.5-3. İlkin razılıq qərarı
almış elektron kabinet verilmiş şəxs həmin qərarın
verildiyi tarixdən bir il ərzində bu qaydaya uyğun olaraq mənzil
əldə etmədikdə, lakin mənzili ipoteka kreditindən
istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də
öz vəsaiti hesabına əldə etmək istəyində
olarsa yenidən ilkin razılıq barədə qərar
almalı və həmin qərarı "Güzəştli mənzil”
sistemindəki elektron kabinetində yerləşdirməlidir.”;
2.12. 5.6-cı bənd
aşağıdakı redaksiyada verilsin:
"5.6. Elektron kabinet
verilmiş şəxs "Güzəştli mənzil”
sistemində barəsində elan verilmiş mənzili seçə
bilər. Belə seçim zamanı mənzilin dəyərinin
ipoteka krediti hesabına ödəniş üsulunu yalnız
ipoteka kreditinin verilməsi qaydasına uyğun olaraq ilkin
razılıq qərarı almış şəxs seçə
bilər. Bu qaydanın 5.3.6-cı yarımbəndində
göstərilmiş otaq sayı və 5.3.7-ci yarımbəndində
göstərilmiş ödəniş üsulu elektron kabinet
verilmiş şəxs tərəfindən satışa
çıxarılan istənilən otaq sayı olan mənzilin
və bu qaydada nəzərdə tutulan istənilən ödəniş
üsulunun seçilməsini məhdudlaşdırmır.”;
2.13. 5.7-ci bənddə "Müraciət
edən” sözləri "Elektron kabinet verilmiş” sözləri
ilə əvəz edilsin və həmin bəndə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
"Elektron kabinet verilmiş şəxs
barəsində elan verilən yalnız bir mənzili seçə
bilər.”;
2.14. aşağıdakı
məzmunda 5.7-1 - 5.7-3-cü bəndlər əlavə edilsin:
"5.7-1. Bu qaydanın 5.7-ci
bəndinə uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış
mənzil bu qaydanın 4.3.8-ci yarımbəndində müəyyən
edilmiş müddətdə həmin elan çərçivəsində
mənzil seçməyən elektron kabinet verilmiş iki şəxs
tərəfindən ardıcıl olaraq gözləmə
qaydasında seçilə bilər. Elektron kabinet
verilmiş şəxs bir elan çərçivəsində
gözləmə qaydasında yalnız bir mənzili seçə
bilər.
5.7-2. Ərizəçinin
etdiyi mənzil seçiminin bu qaydanın 5.9-cu bəndinə əsasən
ləğv edilməsi barədə onun elektron kabinetində
müvafiq bildiriş yerləşdirildikdə gözləmə
qaydasında həmin mənzili birinci sırada seçmiş
elektron kabinet verilmiş şəxs ərizəçi
statusunu əldə edir və onun həmin mənzili almaq
hüququ yaranır. Bu barədə onun elektron kabinetində
"Güzəştli mənzil” sistemi vasitəsilə
müvafiq bildiriş yerləşdirilir.
5.7-3. Bu qaydanın 5.7-2-ci bəndinə
əsasən ərizəçi statusu əldə etmiş
şəxsin etdiyi mənzil seçiminin bu qaydanın 5.9-cu bəndinə
əsasən ləğv edilməsi barədə onun elektron
kabinetində müvafiq bildiriş yerləşdirildikdə
gözləmə qaydasında həmin mənzili ikinci sırada
seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi
statusunu əldə edir və onun həmin mənzili almaq
hüququ yaranır. Bu barədə onun elektron kabinetində "Güzəştli
mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.”;
2.15. 5.8-ci bənddə "və ərizəçinin
seçdiyi mənzili onun əldə etməsinin mümkün
olub-olmaması məsələsinə baxılır” sözləri
çıxarılsın;
2.16. 5.9-cu bənd
aşağıdakı redaksiyada verilsin:
"5.9. Ərizə təmin
edilmədikdə, ərizənin təmin edilməsi barədə
qərar ləğv edildikdə, müqavilənin rəsmiləşdirilməsi
üçün bu qaydanın 6.2-ci bəndi ilə müəyyən
edilmiş müddətdə ərizəçi gəlmədikdə
və ya ərizəçi mənzil almaqdan imtina etdikdə, həmin
ərizəçinin etdiyi mənzil seçimi ləğv
edilir və bu barədə onun elektron kabinetində müvafiq
bildiriş yerləşdirilir. Belə halda bu qaydanın 5.7-2-ci və
5.7-3-cü bəndləri nəzərə alınmaqla mənzilin
üzərinə qoyulmuş bu qaydanın 5.7-ci bəndində
qeyd olunan məhdudiyyət götürülür və həmin
mənzillər növbəti elanla satışa
çıxarılır.”;
2.17. 6.3-cü və 6.4-cü bəndlər
aşağıdakı redaksiyada verilsin:
"6.3. Mənzil seçimi
zamanı onun dəyərinin ipoteka krediti hesabına ödəniş
üsulunu seçmiş ərizəçinin elektron kabinetində
mənzil barədə bu qaydanın 6.1-ci bəndinə
uyğun olaraq bildiriş yerləşdirildikdən sonra ərizəçi
ipoteka kreditinin verilməsi qaydasına uyğun olaraq
seçdiyi mənzilin qiymətləndirilməsinin
aparılması və ipoteka kreditinin verilməsinə
razılıq barədə qərar alınması
üçün on iş günü müddətində agent
banka müraciət etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi
qaydasına uyğun olaraq baxılır.
6.4. Mənzilin ipoteka kreditindən istifadə
etməklə əldə edilməsini seçmiş ərizəçinin
elektron kabinetində mənzil barədə bu qaydanın 6.1-ci
bəndinə uyğun olaraq yerləşdirilən bildirişdə
agent bankın ipoteka kreditinin verilməsinə razılıq
barədə qərarı "Elektron ipoteka” sistemində yerləşdirildikdən
sonra ərizəçinin və (və ya) həmin bankın tələbinə
əsasən alqı-satqı və ipoteka müqaviləsinin rəsmiləşdirilməsi
üçün notariatda iştirakın təmin edilməsi barədə
cəmiyyətin öhdəliyi əks olunmalıdır.”;
2.18. 6. 5.3-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
"6.5.3. ərizəçi bu
qaydanın 6.1-ci bəndinə uyğun olaraq bildiriş yerləşdirildikdən
sonra bu qaydanın 6.3-cü bəndində müəyyən
olunan müddətdə seçdiyi mənzilin qiymətləndirilməsinin
aparılması və ipoteka kreditinin verilməsinə
razılıq barədə qərar alınması
üçün agent banka müraciət etmədikdə və
həmin müddətdə mənzili öz vəsaiti
hesabına əldə etmək niyyətini "Güzəştli
mənzil” sistemi vasitəsilə bildirmədikdə, ərizəçinin
ipoteka kreditindən istifadə etməklə mənzil almaq
üçün ərizəsi agent bank tərəfindən
ipoteka kreditinin verilməsi qaydasına əsasən təmin
edilmədikdə və ərizəçi mənzili öz vəsaiti
hesabına əldə etmək niyyətini ipoteka kreditinin
verilməsindən imtina edilməsi barədə qərar
elektron kabinetində yerləşdirildiyi gündən 3
(üç) iş günü müddətində
"Güzəştli mənzil” sistemi vasitəsilə bildirmədikdə.”.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.4. bu fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
4. Bu fərmanın 2-ci hissəsi
2019-cu il mayın 1-dən qüvvəyə
minir. Bu fərmanın 2-ci hissəsi qüvvəyə
minənədək "Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”nda nəzərdə tutulan mənzilin
orta bazar qiyməti kimi Azərbaycan Respublikası İpoteka və
Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən
sonuncu təsdiq edilmiş qiymət nəzərdə tutulur.
5. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 yanvar 2019-cu il
Azərbaycan.-
2019.- 16 yanvar.- S.2.