Azərbaycan Respublikasının Mənzil Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Mənzil Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 8, maddə 612; 2011, ¹ 12, maddə 1108; 2012, ¹ 6, maddə
501; 2017, ¹ 5, maddə 732, ¹ 7, maddə 1298; Azərbaycan Respublikasının 2018-ci il
1 oktyabr tarixli 1253-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 6.0.2-ci, 17.2.1-ci, 20.5-ci və 138.3-cü maddələrdə
"özəl” sözü
"xüsusi” sözü
ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 10.0.8-1-ci və
10.0.8-2-ci maddələr əlavə
edilsin:
"10.0.8-1. çoxmənzilli
binanın idarə edilməsi qaydasını
müəyyən etmək;
10.0.8-2. çoxmənzilli
binanın idarə edilməsinə dövlət
nəzarətinin həyata
keçirilməsi qaydalarını
müəyyən etmək;”.
3. 41.6-cı maddədə
"üstün hüquqa”
sözləri "üstünlük
hüququna” sözləri
ilə əvəz edilsin.
4. 44.3-cü maddədə
"(kvorum yaranır).
Kvorum” sözləri "(yetərsay
yaranır). Yetərsay” sözləri
ilə və "təkrar” sözü
"yenidən” sözü
ilə əvəz edilsin.
5. 109.5-ci maddədə
"kooperativi qanunvericiliklə
müəyyən olunmuş
qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə
çevrilməlidir” sözləri
"kooperativinin qanunla
müəyyən olunmuş
qaydada ləğvi və ya mənzil
mülkiyyətçilərinin müştərək cəmiyyətinə
çevrilməsi barədə
qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında
qanunvericiliyə uyğun
olaraq zəruri tədbirlər görülməlidir”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 19 yanvar.-
S.2.