Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654,
¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr
1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344,
¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6,
maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435,
1437, 1438, ¹ 10, maddə 1963; Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1254-VQD nömrəli,
30 oktyabr tarixli
1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD və 1371-VQD
nömrəli qanunları)
aşağıdakı məzmunda
276-1-ci və 457-1-ci maddələr
əlavə edilsin:
"Maddə
276-1. Təhlükə potensiallı
obyektlərin dövlət
reyestrində qeydiyyatdan
keçirilməməsi
Təhlükə potensiallı
obyektlərin "Texniki
təhlükəsizlik haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət reyestrində
qeydiyyatdan keçirilməməsinə
görə -
fiziki şəxslər
beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki
min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər
beş min manatdan on
min manatadək məbləğdə
cərimə edilir.
Maddə 457-1. Əlvan
və qara metal tullantılarının qəbulu
qaydalarının pozulması
457-1.1. Əlvan və qara metal tullantılarının qəbulu
qaydalarının pozulmasına,
yəni:
457-1.1.1. əldə
edilmə mənbəyi
məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən
əlvan və qara metal tullantılarının
qəbul olunmasına;
457-1.1.2. fiziki şəxslərdən şəxsiyyəti
təsdiq edən sənədlər tələb
olunmadan əlvan və qara metal tullantılarının qəbul
edilməsinə;
457-1.1.3. radiasiya və partlayış təhlükəsizliyi baxımından
müayinədən keçirilmədən
əlvan və qara metal tullantılarının
qəbul edilməsinə;
457-1.1.4. qara və əlvan metalların əridilməsi
və bunun nəticəsində ərintilərin
alınması obyektləri
təhlükə potensiallı
obyektlər olaraq dövlət reyestrində
qeydiyyatdan keçirilməyən
sahibkarlıq subyektləri
tərəfindən bu
növ tullantıların
qəbulu fəaliyyətinin
həyata keçirilməsinə
görə -
fiziki şəxslər
yüz manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli
şəxslər dörd
yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan
iki min manatadək məbləğdə cərimə
edilir.
457-1.2. Bu məcəllənin
457-1.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
fiziki şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yeddi
yüz manatdan min manatadək məbləğdə
cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin
şəxsiyyəti nəzərə
alınmaqla, bir ayadək müddətə
inzibati həbs tətbiq olunur, hüquqi şəxslər
üç min manatdan
dörd min manatadək
məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 19 yanvar.-
S.2.