“Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Əqli mülkiyyət hüquqlarının
təminatı və piratçılığa qarşı
mübarizə haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə
642; 2018, ¹ 6, maddə 1178) 16.3-cü maddəsində "və
nəzarət markalarının
qeyri-qanuni hazırlanmasının
(istehsal edilməsinin)
və yayılmasının
qarşısının alınması
sahəsində nəzarəti
müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum,
müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş
digər dövlət
orqanları” sözləri
"qeyri-qanuni hazırlanmasının
(istehsalının) və
yayılmasının qarşısının
alınması sahəsində
nəzarəti müvafiq
icra hakimiyyəti orqanının yaratdığı
orqan (qurum), nəzarət markalarının
qəsdən məhv edilməsi, saxtalaşdırılması,
qeyri-qanuni yolla hazırlanması, istifadəsi
və satışının
qarşısının alınması
sahəsində nəzarəti
isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı
orqan (qurum)” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 19 yanvar.- S.2.