“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176,
202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə
1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə
1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027,
¹ 12, maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr
198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr
914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr
1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə
1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr
tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23
noyabr tarixli 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli,
18 dekabr tarixli 409 nömrəli, 20 dekabr tarixli 416 nömrəli,
28 dekabr tarixli 453 nömrəli və 2019-cu il 10 yanvar tarixli
462 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 5.1-ci bəndə "443.2” rəqəmlərindən
sonra ", 457-1.1.1, 457-1.1.2, 457-1.2” rəqəmləri əlavə
edilsin;
3.2. 5.33-cü bənddə
"342.1.9 və 348-ci” sözləri "276-1, 342.1.9, 348,
457-1.1.3 və 457-1.1.4-cü” sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 yanvar 2019-cu il
Azərbaycan.
- 2019.- 19 yanvar.- S.2.