İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq, əlvan qara metal tullantılarının qəbulu, uçotu, radiasiya partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydalarını onların əldə edilmə mənbəyinə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 611; 2003, ¹ 10, maddə 546; 2007, ¹ 2, maddə 87, ¹ 6, maddə 601; 2012, ¹ 7, maddə 681; 2016, ¹ 1, maddə 51) 2.1-ci bəndi 2.1-1-ci bənd hesab edilsin, həmin bənddə "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikası Qanunununsözləri "həmin qanununsözləri ilə əvəz edilsin aşağıdakı məzmunda 2.1-ci 2.1-2-ci bəndlər əlavə edilsin:

"2.1. "İstehsalat məişət tullantıları haqqındaAzərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

"2.1-2. həmin qanunun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində "orqandedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.2.