Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq,
strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində "Yetkinlik
yaşına çatmamış
görmə imkanı
məhdud şəxslər
üçün Bərpa
Mərkəzi”, "Baxımsız,
kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün
Sosial Sığınacaq
və Reabilitasiya Müəssisəsi” və
"Yaşayış yeri
olmayan 18 yaşdan yuxarı şəxslər
üçün Sosial
Sığınacaq” sosial
xidmət müəssisələrinin
əsasında vahid qurumun yaradılmasını
bir ay müddətində
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli
1153-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyul tarixli 213 nömrəli Fərmanının
1.1.5-ci yarımbəndində verilmiş tapşırığın
icrasını ən qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla təmin etsin;
1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində
"Yetkinlik yaşına
çatmamış görmə
imkanı məhdud şəxslər üçün
Bərpa Mərkəzi”ndə,
"Baxımsız, kimsəsiz
və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanlar
üçün Sosial
Sığınacaq və
Reabilitasiya Müəssisəsi”ndə
və "Yaşayış
yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün
Sosial Sığınacaq”
sosial xidmət müəssisələrində işləyən işçilərin
bu fərmana əsasən yaradılacaq
vahid qurumda müvafiq vəzifələrə
təyin edilməsi ilə bağlı tədbirlər görsün;
2.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv
edilməsi ilə bağlı bir ay müddətində tədbirlər
görsün;
2.3. bu
fərmanın 2.1-ci və
2.2-ci bəndlərində nəzərdə
tutulan tədbirlərin
nəticəsi barədə
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 19 yanvar.-
S.3.