“İstehsalat və məişət
tullantıları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"İstehsalat
və məişət
tullantıları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunverisilik
Toplusu, 1998, ¹ 10, maddə
606; 2002, ¹ 4, I kitab, maddə
165; 2007, ¹ 7, maddə 709, ¹10, maddə 938; 2008, ¹ 6, maddə
460; 2012, ¹ 7, maddə 648; 2017, ¹ 6, maddə 1017; 2018, ¹ 2, maddə
144) 12-2-ci maddəsinə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Əlvan və qara metal tullantılarının qəbulu
fəaliyyətini yalnız
qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması
obyektləri "Texniki
təhlükəsizlik haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət reyestrində
təhlükə potensiallı
obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri
həyata keçirə
bilər. Əlvan və qara metal tullantılarının qəbulu,
uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından
müayinədən keçirilməsi
qaydaları və onların əldə edilmə mənbəyinə
dair tələblər
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təsdiq
edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən,
fiziki şəxslərdən
şəxsiyyəti təsdiq
edən sənədlər
tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından
müayinədən keçirilmədən
əlvan və qara metal tullantılarının
qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi
və bunun nəticəsində ərintilərin
alınması obyektləri
təhlükə potensiallı
obyektlər olaraq dövlət reyestrində
qeydiyyatdan keçirilməyən
sahibkarlıq subyektləri
tərəfindən bu
növ tullantıların
qəbulu fəaliyyətinin
həyata keçirilməsi
məsuliyyətə səbəb
olur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 19 yanvar.-
S.2.