Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəylifəxri medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat yaradıcılığına həsr olunmuş "Üzeyir dünyasılayihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi”, "Üzeyir Hacıbəyli ensiklopediyası”, "Bədii publisistik əsərlərkitabları, "Leyli Məcnun”, "Koroğluoperaları "O olmasın, bu olsun”, "Arşın mal alanmusiqili komediyalarının klavir, libretto CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alanfilmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.1.