Bitməyən həyəcan dalğası
Bakı 4-cü dəfə planetin ən
möhtəşəm yarışını qəbul etməyə
hazırlaşır
Bakı növbəti dəfə "Formula-1” yarışlarına evsahibliyi etməyə hazırlaşır. Aprelin 26-28-də sayca 4-cü dəfə paytaxtımızda təşkil ediləcək yarışda sürətsevərlər planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin şahidi olacaqlar.
Yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. Yarış 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.
Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işlərinə start verilib. Görülən işlərlə tanış olmaq üçün ünvanlardan birinə - Hökumət Evinin qarşısına yollandıq.
Təmir-bərpa işlərinə start
verilib
Müşahidələrimiz zamanı işlərin sürətlə davam etdirildiyinin şahidi olduq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bildirildi ki, "Formula-1” yarışlarının keçirilməsi üçün Pit binasının tikintisinə artıq dekabrın 20-dən start verilib. Binanın aprelin əvvəlinədək istifadəyə verilməsi planlaşdırılır. Fevralın ilk günlərindən etibarən isə trekin ətrafına beton baryerlərin qoyulmasına başlanacaq. Üç həftə davam edəcək prosesdən sonra baryerlərin üzərinə polad şəbəkələr quraşdırılacaq.
Qeyd edək ki, trekin
memarı almaniyalı
Herman Tilkedir. Trekin ən enli hissəsi
13 metr, ən ensiz hissəsi isə 7,6 metrdir
(Qoşa qala divarlarının yanı).
Start xətti Azadlıq
meydanında, finiş
xətti isə Abşeron tribunasının
qarşısında təyin
olunan trekboyu döngələrin sayı
20-dir. Yarış məsafəsi
306,049 km / 190,170 mil təşkil edir.
Martın əvvəllərindən
etibarən tribunaların
quraşdırılmasına start veriləcək. Trek ətrafındakı
tribunaların sayının
9 olması nəzərdə
tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla)
30 minə yaxındır.
Əlavə edək ki, builki
tikinti prosesi əvvəlki ildə aparılan tikinti prosesindən fərqlənməyəcək. Yəni, Pit binasında,
trekin özündə
və asfalt qatında hər hansı bir yenilik olmayacaq.
Biletlər artıq
satışdadır
"Formula-1” Azərbaycan
Qran-prisi üçün
biletlər artıq satışa çıxarılıb. Bakı
Şəhər Halqasının
( BŞH) icraçı direktoru
Arif Rəhimov biletlərin satışındakı
endirimlərdən söz
açaraq bildirdi ki, BŞH azarkeşlərə
4 günlük biletlərdə
20 faizlik endirim təklif edib: "Bundan əvvəlki illərdə olduğu kimi, ötən ildə də Bakı "Formula-1”in ən
möhtəşəm yarışına
evsahibliyi edərək
gözlənilməz yarışların
ünvanı olduğunu
daha da qüvvətləndirdi.
"Formula-1”in bu ilki Azərbaycan Qran-prisində də gözlənilməyənləri gözləməyə davam
edirik”.
Nəzərinizə çatdıraq
ki, dörd günlük biletlər azarkeşlərə trekdə
3 gün ərzində
davam edəcək yarışlarla yanaşı,
həmin günlər
ərzində trekdən
kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq
və həmçinin
aprelin 25-də keçiriləcək
Pit Yolu yürüşündə
iştirak etmək imkanı verir. Ötən üç il ərzində
Bakıda keçirilmiş
yarışlarda bu bənzərsiz təcrübəni
yaşamış azarkeşlər
"F1” komandalarının qarajlarına səfər edərək mühəndis
və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırlaşdıqlarının şahidi olmaq imkanını əldə
ediblər.
BŞH 4 günlük
biletlər üçün
təklif edilən endirim kampaniyasından əlavə 2 və 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edib.
Bakı yarışının
yaşatdığı zövq
Ötən il Bakıda baş tutan "Formula-1” Azərbaycan Qran-prisi öz möhtəşəmliyi
ilə yaddaşlara həkk olundu. Keçən ilki
"Formula-1” yarışı İngiltərənin məşhur
"The Times” və "The Guardian” nəşrləri kimi dünyanın aparıcı
KİV-i tərəfindən
"2018-ci ilin ən yaxşı yarışı”
adlandırılıb. Yarışların təşkilatçısı "Formula One
Management” şirkətinin statistik
rəqəmlərinə əsasən,
izləyicilərin 76 faizi
Bakı yarışından
zövq alıb.
Bu da mövsümün
ümumi göstərici
səviyyəsindən yuxarı
olmaqla, Bakı trasının reytinqdə
5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər
Halqasından irəlidə
yalnız Böyük
Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz).
500 milyondan çox tamaşaçısı olan
yarış
Xatırladaq ki, "Formula-1” yarışları
dünyada ən çox televiziya izləyicisi toplayanlardan biridir. 500 milyondan çox tamaşaçı
auditoriyası olan
"Formula-1” açıq təkərli
avtomobil yarışları
üzrə dünya çempionatıdır. 1950-ci
ildən etibarən müntəzəm olaraq keçirilən yarışın
adı ingiliscə
"FIA Formula One World Championship” sözlərindən
götürülüb.
Rəsmi qəbul edilməsə də, bir çox
hallarda "Formula-1” sürücüləri
pilot, avtomobillər isə
bolid adlandırılırlar. Hər il keçirilən
"Formula-1” yarışları ayrıca mərhələlərdən,
qran-prilərdən ibarət
olur. İlin sonunda həm
pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir.
Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2019.- 19 yanvar.- S.1; 6.