Efiopiya universitetində 20 Yanvar faciəsi ilə bağlı mühazirə oxunub

 

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar Əddis-Əbəbə Universitetində “Müstəqillik uğrunda mübarizə: Qanlı Yanvarmövzusunda açıq mühazirə təşkil olunmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin çoxlu sayda professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mühazirədə çıxış edən səfir Elman Abdullayev 1990-cı ilin yanvar hadisələri barədə danışıb, Azərbaycanın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əzminin qırılması məqsədi ilə o zamanki SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən törədilmiş qanlı qırğın barədə ətraflı məlumat verib. O, sovet rəhbərliyinin düşüncəsinin əksinə olaraq, törədilmiş bu qırğın və vəhşiliyin xalqımızın müstəqillik ruhunu daha da gücləndirdiyini qeyd edib.

Səfir E.Abdullayev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu bildirib, faciə zamanı xalqımızın yüzlərlə oğul və qızlarının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Diplomat, həmçinin qeyd edib ki, qanlı hadisələrə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, bu hadisələrin hüquqa, demokratiyaya və humanizmə qarşı olduğunu bildirib, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırıb.

Tədbirdə daha sonra Qanlı Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Efiopiyalı müəllim və tələbələr xalqımızın qəhrəmanlıq və azadlıq əzmini yüksək qiymətləndiriblər.

Daha sonra diplomat Azərbaycanın Afrika ölkələri, eləcə də Efiopiya ilə münasibətlərinin perspektivləri, ölkəmizin Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi, dövlətimizin başçısının Sərəncamı ilə Afrika ölkələrinin vətəndaşlarına təhsil təqaüdlərinin ayrılması barədə geniş danışıb, tələbələrin suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Universitetin departament direktoru Debebe ölkəmizin nailiyyətləri və iqtisadi inkişafı haqqında məlumatlı olduğunu bildirib. O, bir çox ölkələrin islahatlar sahəsində Azərbaycandan örnək götürmələrinin vacibliyini vurğulayıb. Universitetin AsiyaAfrika Araşdırmalar Mərkəzinin rəhbəri Samuelöz növbəsində ölkəmiz haqqında xoş sözlər deyib, Azərbaycanın tarixi nailiyyətlərini və iqtisadi inkişafını təqdir edib.

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.3.