O gün unudulan deyil

 

Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi yəqin ki, insanların, xüsusən bu hadisənin şahidi iştirakçısı olanların yaddaşından heç zaman silinməyəcək. Onlardan biri İsmayıllı rayonunun Diyallı kənd sakini, II qrup əlil Əlizadə Səmədovdur.

Müsahibim söhbət zamanı bildirdi ki, 1990-cı ildə Xırdalanda plan-uçot texnikumunda oxuyur orada yerləşən yataqxanada qalırmış. Dediyinə görə, həmin il yanvarın 17-dən rus hərbi birləşmələri Xırdalan dairəsində toplaşmışdı. 19 yanvar tarixində nahar vaxtı tələbələr sovet qoşunlarının Bakı şəhərinə daxil olacağı xəbərini alırlar. Ordunun paytaxta daxil olmasına etiraz əlaməti olaraq tələbələr şəhər sakinləri ilə birlikdə Biləcəri dairəsinə toplaşırlar.

Müsahibim deyir: "Yanacaqdoldurma məntəqəsinin yanında sovet qoşunlarının BTR BMP-lərdən ibarət hərbi texnikaları çoxlu sayda əsgərləri dayanmışdılar. Onlar hərəkətlərindən insan qanına susamış vəhşiyə bənzəyirdilər. Bu qəddarların təzyiqləri altında "20 Yanvardairəsinə gəlib çıxdıq. Daha doğrusu, onlar bizi qabaqlarına qatıb qovurdular.

Bir qədər keçdikdən sonra şəhərin işıqları söndü onlar dinc əhaliyə qarşı odlu silahlardan atəş açmağa başladılar. Əhalinin səsi bir-birinə qarışmışdı, ətrafda inildəyən yaralılara şəhadətə qovuşan insanlara da rast gəlirdik”.

Əlizadə yaralananları görür, kömək etməyə çalışır. O, tələbə yoldaşları ilə birlikdə yaralılara yardım edərkən qəflətən bədəninin istilənməsini, vurulduğunu hiss edir. Çox qan itirdiyindən halsızlaşır.

Ə.Səmədov həmin anı belə xatırlayır: "4-5 cavan oğlan məni güllə yağışının altından çıxartdılar. Yaxınlıqda yerləşən binaların birinin mənzilinin qapısını döydülər. Ev yiyəsi qonşuluqda yaşayan tibb bacısını çağırdı ilk tibbi yardım göstərdilər. Səhərə yaxın məni Semaşko adına xəstəxanaya apardılar. Ayağımdakı güllə çıxarıldı iki aya qədər xəstəxanada müalicə olundum”.

Əlizadə o qanlı tarixdən 29 il keçməsinə baxmayaraq, hələ həmin günü iştirakçısı olduğu anları unuda bilmir.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.4.