Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

 

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, "Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra dövlət himni səslənib.Ali Məclisin Sədri şəhidlərin məzarlarını 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər düzüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Həmin gün saat 12:00-də şəhidlərin əziz xatirəsi muxtar respublikada bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan.- 2019.- 22 yanvar.- S.2.