ISESCO ilk dəfə olaraq
20 Yanvar hadisələrini pisləyən bəyanat
yayıb
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi
ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda
insanlığa qarşı törədilmiş cinayətin –
20 Yanvar hadisələrinin Azərbaycan xalqının
acısına şərik çıxan ISESCO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən
pislənildiyi qeyd olunur.
Həmçinin dünya ictimaiyyətinə
və beynəlxalq insan haqları təşkilatlarına faciəyə
hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş
şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına
çağırış edilib.
Eyni zamanda, bəyanatda baş
direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən
dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin
bərqərar olması üçün beynəlxalq ictimaiyyətə
Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarından dərhal geri çəkilməsinə məcbur
edilməsinə dair müraciətin ünvanladığı
da vurğulanır.
Azərbaycan.-
2019.- 22 yanvar.- S.2.