Azərbaycanın və Ukraynanın mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə edilib

 

Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görülə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.

Onun sözlərinə görə, Ukrayna birgə layihələrin həyata keçirilməsinə hazırdır. Nazir vurğulayıb ki, il ərzində Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olar. Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir, öz növbəsində, Azərbaycanın çox uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.

 

Azərbaycan.- 2019.- 22 yanvar.- S.7.