"Davosa səfərimin əsas məqsədi
Prezident İlham
Əliyev ilə görüşmək idi"
"Visa"
şirkətinin prezidenti Rayan Maklnerni Azərbaycanda tətbiq
edilən vergi gözəştlərinin və digər təşəbbüslərin
çox faydalı olacağını söyledi
Yanvarın 22-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Davosda "Visa”
şirkətinin prezidenti Rayan MakInerni ilə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi.
Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğuladı.
Prezident İlham
Əliyev elektron ödənişlərin
inkişafının ölkə üçün
əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş
islahatların aparıldığını, bu
islahatların artıq nəticələr verdiyini,
o cümlədən bunun
beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019”
hesabatında əks olunduğunu, Azərbaycanın
bu hesabatda 32 pillə
irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini
bildirdi. Dövlətimizin
başçısı əməkdaşlıq səylərinin
daha da gücləndirilməsinin
önəmini ifadə etdi.
Azərbaycan.-
2019.- 23 yanvar.- S.1.