“LUKoil” şirkəti ilə əməkdaşlığın
perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir ki, görüşdə "LUKoil”
şirkətinin Azərbaycanda həyata keçirdiyi
layihələr və onların icrası ilə bağlı məsələlərdən,
əməkdaşlığın perspektivlərindən
danışılıb.
Azərbaycan.-
2019.- 23 yanvar.- S.3.