700 min insanı qətlə yetirən “NKVD” başçısı

 

Cəmi iki il SSRİ Xalq Daxili İşlər Komissarlığına başçılıq edən Nikolay Yejov qəddarlığı və cəlladlığı ilə tarixdə amansız iz qoyub. 700 minə yaxın insanın ən ağır cəzalara məhkum olunmasında birbaşa iştirakı olub. Ona görə də bu insanın fəaliyyəti "yejovşinadövrü kimi yadda qalıb.

Stalinin repressiya maşınını böyük ustalıqla idarə edən Nikolay Yejov həmin dövrdə "dəmir komissar” adı ilə tanınıb. İkiillik ibtidai təhsili olan bu qəddar insan bütün varlığı ilə Stalinə sədaqət nümayiş etdirib. Ardı-arası kəsilməyən repressiyaların, sürgünlərin, güllələnmələrin icrasını həyata keçirib. Yejov o qədər amansız olub ki, ölüm hökmü ilə bağlı sənədlərə imza atmaqla öz cəlladlıq ehtiraslarını söndürə bilməyib, bir çox hallarda cəzaların icrasında şəxsən iştirak edib.

"Böyük rəhbər”in bütün tapşırıqlarını kor-koranə olsa da, canla-başla yerinə yetirən Yejov mövcud dövrdə Stalin üçün sərfəli kadr olub. O, repressiya alətinin funksiyasını daşıyıb. Ölkədə tüğyan edən repressiya dalğasının xalqda böyük narahatlıq yaratdığını Stalin dərk edib və təbii ki, bunun törədə biləcək fəsadlarını da düşünüb. Amma rəhbər üçün çıxış yolu tapmaq çətin olmayıb: "yejovşina dövrü”nə son qoymaqsonradan onu lənətləmək.

Nikolay Yejov 1939-cu il aprelin 10-da xarici kəşfiyyatla əməkdaşlıq, sovet hakimiyyətinə qarşı gizli silahlı üsyanın hazırlanması ittihamı ilə həbs olunub. Nikita Xruşşov Yejovun həbs olunduğu günü belə xatırlayırdı: "Həmin gün Kremldə idim. Stalin məni mənzilinə şam etməyə dəvət etmişdi. Otaqda bizdən başqa Molotovbir neçə nəfər də var idi. Yejovdan söhbət düşəndə heç vaxt öz təmkinini pozmayan Stalin möhkəm əsəbiləşdi və dedi ki, bu təhlükəli caninin həbs olunmaq vaxtıdı, elə bu gün... Biz nadir hallarda Stalinin belə əsəbiləşdiyini görmüşdük. Qısa vaxtdan sonra otaqda telefon zəng çaldı. Yejovun həbsi haqqında Stalinə məruzə edildi”.

1940-cı il fevralın 1-də Yejovun istintaqı sona çatır. Fevralın 4-də məhkəmənin hökmü icra olunurNikolay Yejov güllələnir.

Yejovun dövründə iki il ərzində tutulmuş 200 minədək adam həbsdən buraxılır.

 

Azərbaycan.- 2019.- 23 yanvar.- S.7.