1937-ci ildə 29 min ziyalımız
güllələnib
Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə də təkcə 1937-ci ildə Azərbaycanda "xalq düşməni” adı ilə 29 min ziyalımız güllələndi.
1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və bu kimi görkəmli elm xadimləri xarici dövlətlərə casusluqda və pantürkizmdə günahlandırılaraq repressiya olundular.
Beləliklə, ermənilərin Azərbaycanda apardıqları soyqırımı fəaliyyəti müxtəlif üsul və yollarla hər zaman davam etməkdə idi. Sovetlər birliyi və həmişə rusların əlaltıları olan ermənilər əllərinə keçən bütün vasitələrlə Azərbaycanı türkçülükdən uzaqlaşdırmağa, tariximizi saxtalaşdırmağa çalışırdılar.
Ziyalılarımızı məhv etməklə kifayətlənməyən ermənilər tarixi abidələrimizi də yandırır, bunu hər zaman "qəza” adlandırır və istintaqdan yayınırdılar.
Bəzi mənbələrə
əsasən, bu müddətdə 40 000
(qırx min) azərbaycanlı ziyalı repressiya olunub. Ən
şiddətlisi isə 1937-1941-ci illər arasında baş verib.
Azərbaycan.-
2019.- 23 yanvar.- S.7.