Xarici şirkətlərlə əlaqələr uğurla inkişaf etdirilir

 

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "The Boston Consulting Group” şirkətinin prezidenti baş direktoru Riç Lesser ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Riç Lesser "The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini sürətli inkişafı dəstəklədiklərini bildirdi. Riç Lesser həm dövlət qurumlarının, həm özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını dedi. Qeyd edildi ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni yerlərinin yaradılmasına səbəb olacaq, həm Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev "The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.

 

Azərbaycan.- 2019.- 24 yanvar.- S.2.