Bank sektorunda xarici əməkdaşlıq
real nəticələr verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.
Söhbət
zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu
sahədə özəl sektorun fəaliyyəti
üçün daha əlverişli
mühitin yaradılması istiqamətində
görülən tədbirlərin əhəmiyyəti
vurğulandı, əməkdaşlığın perspektivləri
barədə fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2019.- 24 yanvar.- S.2.