“Equinor” şirkətinin ölkəmizdə fəaliyyəti məmunluq
doğurur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı "Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.
Söhbət zamanı
"Qarabağ”, "Əşrəfi”,
"Dan ulduzu” perspektiv layihələri və "Dədə
Qorqud” qurğusunun təmiri
ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2019.- 24 yanvar.- S.2.