Üç kəmərin bir
dəhlizi
CQBK - möhkəm bünövrə
* "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi CQBK-dır. CQBK Bakı-Tbilisi-Ərzurum boru xəttinin Azərbaycan və Gürcüstandan keçən hissəsini təşkil edir. "Cənub qaz dəhlizi”nin mühüm seqmenti kimi genişləndirildikdən sonra CQBK artıq "Şahdəniz-2” qazını da nəql edir.
Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə boyu uzanır.
"Şahdəniz-2”
qazı TANAP-a məhz CQBK vasitəsilə
qovuşur. İndi onun iki qolu var. CQBK-nın genişləndirilməsi
layihəsi də bu məqsədə xidmət edirdi. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından
başlayaraq mövcud
kəmərlə yanaşı
daha bir xətt tikilib. Buradan Gürcüstan sərhədinədək
çatan yeni kəmərin uzunluğu
387 kilometrdir. Onun başlanğıcında
1 ərsinləmə, marşrutu
boyunca isə 5 siyirtmə stansiyası
var.
CQBK-nın Gürcüstanda aparılan
genişləndirilməsinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin
1 ərsinləmə, 2 kompressor
stansiyası, təzyiqi
azaldan və ölçən stansiyaların
tikintisi daxil idi. Genişləndirildikdən sonra CQBK-nın
ilkin ötürücülük
gücü 16 milyard kubmetrə çatıb.
Hazırda boru kəməri vasitəsilə Türkiyəyə
kommersiya daşımaları
həyata keçirilir. Genişləndirilmiş
CQBK-nın Azərbaycan və Gürcüstan ərazisindəki
qurğuları və
boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.
TANAP - birləşdirici halqa
* TANAP "Cənub
qaz dəhlizi”nin ən böyük hissəsidir, bir tərəfdən CQBK-ya, digər tərəfdən
TAP-a bağlanır. Onu "Cənub
qaz dəhlizi”nin onurğa sütunu da adlandırırlar.
Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin 20 vilayətindən,
o cümlədən Ərdəhan,
Qars, Ərzurum, Gümüşhanə, Ərzincan
vilayətlərindən keçir. Marşrut
boyu kəmər Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyub Türkiyə-Yunanıstan
sərhədinə çatır
və oradakı Kipoi məntəqəsində
TAP-a qovuşur.
TANAP üzrə Hökumətlərarası Sazişi
2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyənin o vaxt baş naziri,
indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda
imzalamışlar. 2014-cü
ilin ortalarınadək
layihələndirmə işləri,
araşdırmalar tamamlanmışdır.
Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik
müqaviləsi imzalanmış
və kəmərin detallarının layihələndirilməsinə
başlanmışdır. 2015-ci il martın
17-də isə Türkiyənin
Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyulmuşdur. Mərasimdə
Azərbaycanın, Türkiyənin
və Gürcüstanın
dövlət başçıları
iştirak etmişlər.
Bu layihə
ölkəmizin yaratdığı
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
formatını daha da təkmilləşdirmişdir. Layihədə
Azərbaycanın SOCAR, Türkiyənin
BOTAŞ və Böyük
Britaniyanın BP şirkətləri
tərəfdaşlıq edirlər.
2018-ci il
iyunun 12-də Türkiyədə
- Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə
təntənəli mərasim
keçirilmişdir. Kəmər fəaliyyət
göstərdiyi qısa
müddətdə artıq
özünü təsdiq
etmişdir. Bu boru xətti ilə "Şahdəniz-2” layihəsinin
qazı ahəngdar və təhlükəsiz
nəql olunur.
TAP - sonuncu seqment
* TAP "Cənub
qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli
bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək
və enerji təhlükəsizliyinə ciddi
dəstək verəcək.
TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir.
Onun 550 kilometri Yunanıstanın, 210 kilometri
Albaniyanın ərazisindən,
105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında
quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı
şəbəkəsinə birləşdiriləcək.
Layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Snam” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri ilə tərəfdaşlıq
edir.
Ümumi dəyəri
4,5 milyard avro olan TAP kəməri
ilə ilkin mərhələdə ildə
10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.
Layihənin İtaliyada
başa çatmasına
baxmayaraq, təbii qazın gələcəkdə
ara keçid
boru kəmərləri
vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
ötürüləcəyinin mümkün olacağı
istisna edilmir. TAP-ın əhəmiyyəti
həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru
və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
Həmin vaxtdan da
tikinti işlərinə başlanıb. İnşaat işləri uğurla
davam edir. Kəmərin
gələn il Azərbaycan qazını Avropaya çatdıracağı gözlənilir.
Azərbaycan.-
2019.-25 yanvar.- S.5.