Aqroparklar ümidləri doğruldur

 

Ölkə rəhbəri İlham Əliyevin aqrar sektorun qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri idxaldan azad olmaqla əhalini daha bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bu həm də xaricə valyuta axınının qarşısının alınması, yeni yerlərinin açılması, respublikada yetişdirilən müxtəlif adda məhsulların "Made in Azerbaijanbrendi ilə xarici ölkələrə ixrac edilməsi deməkdir. Artıq bu sahədə ilk uğurlar da var. Belə ki, bir neçə ölkədə Azərbaycan ticarət mərkəzləri açılmışdır və həmin mərkəzlərdə satılan məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır.

Dövlət başçısının kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr Hacıqabul rayonunda da uğurla həyata keçirilir. Rayon ərazisində bir neçə aqropark tipli təsərrüfat yaradılmışdır. Onlardan biri Padar qəsəbəsindəki "Azərsun Holdinqdir. Onun 1625 hektar torpaq sahəsi var. Burada mütərəqqi texnologiyaların tətbiqinə üstünlük verilir. Belə ki, torpaqları suvarmaq üçün 777 hektarda pivot, 75 hektarda damcı suvarma sistemi quraşdırılmış, kifayət qədər müxtəlif növ kənd təsərrüfatı texnikası, maşın və mexanizmlər alınıb gətirilmişdir. Aqroparkda inzibati bina, texnikanın saxlanması üçün talvarlar, təmir emalatxanası, işçilər üçün yeməkxana inşa edilmişdir. Yaradılan şərait, ciddi nizam-intizam nəticəsində ötən il 490 hektar sahədən 4 min 761,45 ton buğda, 791 hektar sahədən 1938 ton arpa, 117 hektar sahədən 6 min 520 ton çuğundur əldə edilmişdir. Qarğıdalı və soya əkilmiş sahələrin məhsuldarlığı da normaldır.

Aqroparkda il ərzində 20 min ton süd istehsal etmək planlaşdırılmışdır. Bunun üçün müasir tipli tövlələr tikilərək avadanlıqlarla təchiz edilmişdir. 1200 baş cins inək alınıb gətirilmiş, onlardan indiyə kimi 244 bala alınmışdır.

Rayonda yaradılmış digər aqropark "Muğan AqroMMC-dir. 2 min hektar ərazisi olan bu təsərrüfat Meyniman kəndindədir. Aqroparkın çoxşaxəli inkişafı ilə əlaqədar infrastruktur yaradılır, yeni işlər görülür. Bu məqsədlə iribuynuzlu heyvanlar üçün 2 tövlə, 1 yem anbarı və digər yardımçı binalar inşa olunmuşdur. Aqroparkda hələlik 1560 baş qoyun bəslənilir. Yaxın gələcəkdə onların sayı daha da artırılacaq. Təsərrüfatın əkin sahələrindən 380 ton buğda, 285 ton arpa, 2 min 440 ton yonca yığılmış, 80 hektar sahədə pambıq, 250 hektarda qarğıdalı, 20 hektarda soğan əkilib-becərilmişdir. Hər birinin əkin sahəsi 2 hektar olan 5 müasir tipli istilikxana tikilmişdir. Salınmış meyvə bağlarının ümumi sahəsi 57 hektardan 144 hektara çatdırılmışdır. Aqroparkda illik istehsal gücü 5 min ton süd olan heyvandarlıq kompleksi fəaliyyətə başlamışdır. 700 baş üçün nəzərdə tutulan kompleksdə 264 baş cins inək saxlanılır. Onların sayını artırmaq üçün tədbirlər görülür.

Rayonda yaradılan aqroparklardan biri "Aqro Dairy” MMC-dir. Burada 1 ədəd 110 kilovoltluq 1, 35 kilovoltluq 2 yarımstansiya tikilmiş, 17 kilometrlik məsafədən su xətti çəkilmiş, 7 min hektar sahəni əhatə edən pivot suvarma sistemi quraşdırılmışdır. Yaxın gələcəkdə aqroparkın bütün əkin sahələrinin bu üsulla suvarılması nəzərdə tutulub. Aqropark üçün 4 kultivator, 2 toxumsəpən aqreqat, "CASE” markalı 26 traktor kombayn alınmışdır. 26 min 934 hektar sahədən 25 min 829 ton buğda 6 min 53 ton arpa götürülüb.

Rayon üçün ənənəvi olan quşçuluq da inkişaf etdirilir. Bu məqsədlə Atbulaq kəndində "AZERBROOD” MMC tərəfindən müəssisə inşa olunur. İl ərzində burada 9,6 milyon ədəd yumurta istehsal etmək planlaşdırılır. 20 hektara yaxın sahədə bəsləniləcək quşlar üçün yem bitkiləri becəriləcək.

Bu kənddə yeni yaradılan kənd təsərrüfatı təmayüllü aqroparklardan digəri isə "Hajıgabul Greenhouse” MMC-dir. Müəssisənin 17 hektarlıq ərazisinin 10 hektarında İspaniya texnologiyası əsasında istilikxana tikilərək istifadəyə verilmişdir.

Bunlarla bərabər, dövlət başçısının 25 iyul 2017-ci il tarixli sərəncamına əsasən, 20 hektar ərazidə Hacıqabul Sənaye Məhəlləsi tikilmişdir.

Qurulan bu müəssisələr məhsul bolluğunun yaradılması ilə yanaşı, həm yüzlərlə yerinin açılması deməkdir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 25 yanvar.- S.6.