Psixoloji yardım haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. psixoloji
yardım - psixoloji problemlərin həlli, stress vəziyyətlərin
nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası
münasibətlərin və psixi sağlamlığın
yaxşılaşdırılması, şəxsiyyətin
inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji
prinsiplər və metodlar əsasında həyata keçirilən
tədbirlər;
1.0.2. psixoloq - bu
qanunla müəyyən edilmiş tələblərə cavab
verən, psixoloq ixtisası üzrə ali təhsil
almış və ya "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma
formasında psixoloq ixtisasını əldə etmiş və
psixoloji yardım göstərmək hüququ olan şəxs;
1.0.3. psixoloji
yardım alan şəxs - mürəkkəb psixoloji vəziyyətlə
bağlı psixoloji yardım göstərən şəxsə
müraciət edən şəxs (şəxslər);
1.0.4. psixoloji
yardım standartları - psixoloji yardımın növünə,
formasına, müddətinə və keyfiyyətinə dair
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən minimum
tələblərin məcmusu;
1.0.5. ilkin psixoloji
yardım - fövqəladə hadisələr zamanı zərər
çəkmiş şəxslərdə kəskin stress əlamətlərinin
azaldılması və əsas insani tələbatların
ödənilməsinə yönəlmiş
qeyri-ixtisaslaşdırılmış tədbirlər;
1.0.6. psixoanaliz -
psixi pozuntuların müalicəsinə dair psixoloji nəzəriyyə
və psixoterapevtik müalicə üsulu;
1.0.7. böhran vəziyyəti
- şəxsin müstəqil aradan qaldıra bilmədiyi və
psixoloji problemlərin yaranmasına səbəb olan hallar;
1.0.8. təcili
psixoloji yardım - böhran vəziyyətində olan şəxslərə
göstərilən ixtisaslaşdırılmış psixoloji
yardım;
1.0.9. ailə
terapiyası - ailələrə psixoloji yardım göstərilməsinə
yönəlmiş psixoterapiyanın müstəqil bölməsi;
1.0.10. davranış
psixologiyası - davranış prinsiplərini öyrənən
psixologiya sahəsi;
1.0.11. neyropsixologiya
- psixoloji proseslərlə əlaqədar mərkəzi sinir
sisteminin strukturu və funksiyalarını öyrənən
psixologiya sahəsi;
1.0.12. psixopatologiya
- psixi fəaliyyətin pozulmasını öyrənən
psixologiya sahəsi;
1.0.13. klinik (tibbi)
psixologiya - psixi halların xəstəliklərlə
qarşılıqlı əlaqəsini öyrənən
psixologiya sahəsi;
1.0.14. klinik (tibbi)
psixoloq - bu qanunla müəyyən edilmiş tələblərə
cavab verən, təhsili klinik (tibbi) psixologiya üzrə
magistr dərəcəsindən aşağı olmayan və
ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi
olan və səhiyyə müəssisələrində
psixoloji yardım göstərmək hüququ olan şəxs;
1.0.15. psixoloji
problem - şəxsin özü, peşə fəaliyyəti,
şəxsiyyətlərarası münasibətlər, ailə
vəziyyəti və (və ya) şəxsi həyatının
digər problemləri ilə bağlı psixoloji
narahatlığı;
1.0.16. klinik
psixoloji yardım - klinik (tibbi) psixoloqlar tərəfindən
psixoterapiya, psixoloji müayinə (diaqnostika), psixoloji
reabilitasiya və psixoloji korreksiya, habelə psixoloji məsləhət
formalarında göstərilən psixoloji yardım.
Maddə 2. Psixoloji yardım haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Psixoloji yardım haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu qanun Azərbaycan
Respublikasının vətəndaşlarına, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə,
habelə Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən, təşkilati hüquqi formasından
asılı olmayaraq, bütün hüquqi şəxslərə,
xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə
şamil edilir.
3.2. "Psixoloq”, "psixoloji”,
"psixoanaliz”, "psixodiaqnostika”, "psixoterapiya” sözlərindən
və bu sözləri özündə əks etdirən
söz birləşmələrindən adında və digər
rekvizitlərində yalnız bu qanuna uyğun olaraq psixoloji
yardım göstərmək hüququ olan şəxslər tərəfindən
istifadə edilməsinə yol verilir.
3.3. Bu qanunun müddəaları
aşağıdakı hallara şamil edilmir:
3.3.1. "Psixiatriya yardımı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həkim tərəfindən həyata keçirilən
psixiatriya yardımına;
3.3.2. Azərbaycan
Respublikasının inzibati xətalar, cinayət və
mülki prosessual qanunvericiliyinə uyğun olaraq təyin
edilmiş psixoloji ekspertizaya;
3.3.3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə
müəyyən edilmiş peşə fəaliyyəti
yüksək təhlükə mənbəyi ilə
bağlı olan iş yerlərində işə qəbul, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə hərbi
xidmətə və xüsusi təyinatlı təhsil müəssisələrinə
qəbulla əlaqədar psixoloji müayinəyə.
Maddə 4. Psixoloji yardımın növləri
və formaları
4.1. Psixoloji yardımın növləri
aşağıdakılardır:
4.1.1. psixoloji
profilaktika və maarifləndirmə - psixoloji problemləri
yaradan amillər və şəraitlər haqqında məlumatlanma;
4.1.2. psixoloji
konsultasiya - şəxsin psixoloji problemlərini başa
düşməsi və həll etməsi üçün
göstərilən yardım prosesi;
4.1.3. psixoloji dəstək
- şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək
psixoloji problemlərin aşkar edilməsi və
qarşısının alınması;
4.1.4. psixoloji
müayinə (diaqnostika) - şəxsin normal həyat ahəngini
pozan, onun davranış və münasibətlər sisteminə
təsir edən psixoloji problemlərinin öyrənilməsi və
göstəriləcək psixoloji yardımın
növünü, formasını və həcmini
düzgün müəyyən etmək məqsədi ilə
psixoloji yardım alan şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin
qiymətləndirilməsi;
4.1.5. psixoterapiya -
psixoloji metodlardan istifadə edərək psixi pozuntuların
müalicəsi;
4.1.6. psixoloji
reabilitasiya və psixoloji korreksiya - psixi sağlamlıq problemləri
olan şəxsin psixososial uyğunlaşması və səmərəli
sosial davranışının bərpa olunması və ya
inkişafı;
4.1.7. psixoloji
treninq (psixoloji təlim) - psixologiya sahəsi ilə əlaqəli
olan yeni biliklərin, vərdişlərin və münasibətlərin
inkişafına yönəlmiş aktiv öyrənmə
üsulu.
4.2. Psixoloji yardım
aşağıdakı formalarda həyata keçirilir:
4.2.1. psixoloji
yardım alan şəxslə mütəxəssis arasında
qarşılıqlı əlaqənin formasından
asılı olaraq - bilavasitə və vasitəli (telefon,
internet və digər texniki vasitələrdən istifadə
etməklə);
4.2.2. iştirakçıların
sayından və tərkibindən asılı olaraq - fərdi,
ailə, qrup;
4.2.3. davam etmə
müddətindən asılı olaraq - təcili, birdəfəlik,
qısamüddətli (12 məşğələyə qədər),
uzunmüddətli (12 məşğələdən
çox).
2-ci fəsil
PSİXOLOJİ
YARDIM SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Maddə 5. Psixoloji yardım sahəsində
dövlətin vəzifələri
5.1. Dövlət vətəndaşların
vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat
verir.
5.2. Psixoloji yardım sahəsində
dövlətin vəzifələri aşağıdakılardır:
5.2.1. psixoloji
problemlərinin yaranması riski yüksək olan əhali
qrupları arasında mürəkkəb psixoloji vəziyyətlərin
və onların nəticələrinin profilaktikası və
aradan qaldırılması;
5.2.2. psixoloji
yardım sahəsində dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsi,
o cümlədən bu sahədə normativ hüquqi
aktların, dövlət standartlarının və dövlət
proqramlarının işlənib hazırlanması, qəbul
edilməsi və həyata keçirilməsi;
5.2.3. Azərbaycan Respublikası əhalisinin
psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini
yüksəldən şəraitin yaradılması;
5.2.4. psixi
sağlamlığın profilaktikası, psixi inkişafın
optimallaşdırılması, adaptasiya, şəxsin cəmiyyətə
inteqrasiyası və reabilitasiyanın dəstəklənməsi;
5.2.5. psixoloji
yardım göstərən mütəxəssislərin
hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi;
5.2.6. psixoloji
yardım sahəsində dövlət orqanlarının, bələdiyyələrin
və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsi;
5.2.7. psixoloji
konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata
keçirilməsi, o cümlədən sosial reklam
çarxlarının hazırlanması və
yayımlanması, qaynar xəttin təşkili;
5.2.8. psixoloji
yardım sahəsində nəzarətin həyata keçirilməsi;
5.2.9. psixoloji
yardım sahəsində beynəlxalq əməkdaşlıq.
Maddə 6. Psixoloji yardımın maliyyələşdirilməsi
6.1. Psixoloji yardım ödənişsiz
və ya ödənişli əsaslarla göstərilir.
6.2. Aşağıdakı şəxslərin
ödənişsiz psixoloji yardım almaq hüququ vardır:
6.2.1. "Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan
Respublikası vətəndaşlarının;
6.2.2. "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq təhsil müəssisələrində
təhsilalanların;
6.2.3. "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs
edilmiş şəxslərin;
6.2.4. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinə
uyğun olaraq penitensiar müəssisələrdə cəza
çəkən şəxslərin;
6.2.5. "Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq cəza çəkməkdən
azad edilmiş şəxslərin;
6.2.6. "Məişət
zorakılığının qarşısının
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq məişət
zorakılığından zərər çəkmiş
şəxslərin;
6.2.7. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində xidmət
keçən hərbi qulluqçuların;
6.2.8. "Sosial xidmət haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial
xidmətə götürülmüş şəxslərin
(ailələrin);
6.2.9. fövqəladə
hadisə zamanı zərər çəkmiş şəxslərin,
onların ailə üzvlərinin, habelə fövqəladə
hadisələrin nəticələrinin aradan
qaldırılmasında iştirak edən şəxslərin;
6.2.10. kollektiv əmək
müqaviləsində nəzərdə tutulduğu hallarda Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə
müəyyən edilmiş peşə fəaliyyəti
yüksək təhlükə mənbəyi ilə
bağlı olan şəxslərin;
6.2.11. "Əlilliyi olan şəxslərin
hüquqları” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq tibbi-sosial reabilitasiyası zamanı əlilliyi
olan şəxslərin;
6.2.12. "İnsan alverinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq insan alverinin
qurbanı olmuş şəxslərin.
6.3. Qanunla ödənişsiz psixoloji
yardımın göstərilməsinin digər halları da nəzərdə
tutula bilər.
6.4. Bu qanunun 6.2.1-ci maddəsində nəzərdə
tutulmuş halda, psixoloji yardım şəxsin
yaşayış yeri və ya olduğu yer üzrə dövlət
ambulator-poliklinika müəssisəsində və ya həmin
müəssisənin göndərişi ilə
ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində
göstərilir.
6.5. Ödənişsiz psixoloji
yardımın göstərilməsi qaydası və şərtləri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.6. Bu qanunun 6.2-ci maddəsində
göstərilən hallar istisna olmaqla, digər hallarda psixoloji
yardım göstərən şəxs tərəfindən
psixoloji yardım müqavilə əsasında ödənişli
qaydada göstərilir.
6.7. Psixoloji yardım göstərən
şəxslə psixoloji yardım alan
şəxsin münasibətləri, eləcə də
psixoloji yardım göstərən şəxsə ödəniləcək
xidmət haqqının məbləği onlar arasında
bağlanmış müqavilə ilə tənzimlənir.
Maddə 7. Psixoloji problemlərinin
yaranma riski yüksək olan əhali qrupları arasında
profilaktik tədbirlərin həyata keçirilməsi
7.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən
fövqəladə hadisələr zamanı zərər
çəkmiş şəxslərə psixoloji
yardımın göstərilməsi və onların psixoloji fəsadlarının
aradan qaldırılması məqsədilə zəruri tədbirlər
həyata keçirilir.
7.2. İşəgötürənlər
bu qanunun 6.2.10-cu maddəsində nəzərdə tutulmuş
şəxslərin işəgötürənin vəsaiti
hesabına vaxtaşırı psixoloji müayinədən
keçməsi və onun nəticəsindən asılı
olaraq psixoloji yardımla təmin edilməsi üçün tədbirlər
görməlidirlər.
7.3. Əlilliyi olan şəxslərin
tibbi-sosial reabilitasiyası onlara psixoloji yardımın göstərilməsi
ilə bağlı tədbirləri də nəzərdə
tutmalıdır.
7.4. Fiziki və hüquqi şəxslər
əməyin təşkili, stresin aradan qaldırılması,
münaqişələrin həlli, işçilərin
iş potensialının artırılması və digər məsələlər
ilə bağlı psixoloji yardım göstərən şəxslə
bağlanmış müqavilə əsasında məsləhətlər
və ya psixoloji treninqlər keçirmək hüququna
malikdirlər.
3-cü fəsil
PSİXOLOJİ
YARDIMIN PRİNSİPLƏRİ
Maddə 8. Psixoloji yardım göstərilməsinin
əsas prinsipləri
Psixoloji yardımın
göstərilməsi könüllülük,
konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş
hüquq və azadlıqlarına əməl edilməsi
prinsipləri əsasında həyata keçirilir.
Maddə 9. Psixoloji yardımın
könüllülüyü
9.1. Psixoloji yardım psixoloji
yardım alan şəxsin və ya onun
qanuni nümayəndəsinin razılığı əsasında
göstərilir. Bu razılıq psixoloji yardım alan şəxsin psixoloji yardımla
bağlı könüllü qərar qəbul etdiyini,
psixoloji yardımın məqsədini, faydasını, həcmini,
müddətini və tətbiq olunan psixoloji yardım metodunu,
həmçinin psixoloji yardımdan imtina və onun
dayandırılması imkanı barədə ona təqdim
edilmiş məlumatı başa düşməsini nəzərdə
tutur. Heç kəs psixoloji yardım almağa
məcbur edilə bilməz.
9.2. Psixoloji yardım alan
şəxs psixoloji yardım göstərən müəssisəni
və psixoloqu, o cümlədən psixoloji yardımın
növünü və onun göstərilmə şərtlərini
sərbəst seçmək hüququna malikdir.
9.3. Psixoloji yardım alan
şəxs yardımın alınmasından istənilən
vaxt imtina edə və ya onu dayandıra bilər.
9.4. Bu qanunun 9.5-ci maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla, 14 yaşına çatmamış
şəxslərə psixoloji yardım yalnız onların
valideynlərinin və ya digər qanuni nümayəndələrinin
razılığı ilə, 14 yaşı tamam olmuş
şəxslərə isə onların razılığı
ilə göstərilir.
9.5. 14 yaşına
çatmamış şəxslərə valideynlərin və
ya digər qanuni nümayəndələrinin
razılığı olmadan psixoloji yardımın göstərilməsinə
aşağıdakı hallarda yol verilir:
9.5.1. valideynləri
və ya digər qanuni nümayəndələri tərəfindən
14 yaşına çatmamış şəxsə münasibətdə
qəddar rəftar, fiziki, psixoloji və seksual zorakılıq
faktları aşkar edildikdə;
9.5.2. 14 yaşına
çatmamış şəxs sosial təhlükəli vəziyyətdə
olduqda;
9.5.3. 14 yaşına
çatmamış şəxs fövqəladə hadisələrlə
üzləşdikdə;
9.5.4. səhiyyə,
təhsil və sosial xidmət müəssisələrində
kütləvi psixoloji profilaktika tədbirləri həyata
keçirildikdə;
9.5.5. 14 yaşına
çatmamış şəxs psixoloji yardım almaq
üçün telefon, internet və digər texniki vasitələrdən
istifadə edərək anonim müraciət etdikdə;
9.5.6. 14 yaşına
çatmamış şəxs cinayətin şahidi olduqda və
ya cinayətin törədilməsindən zərər çəkdikdə.
9.6. Şəxsin psixoloji vasitə və
üsulların sınaqdan keçirilməsinə, elmi tədqiqat
işlərində və ya tədris prosesində foto və
videoçəkilişlərə cəlb olunması, bu qanunun
10.4-cü maddəsinin tələbləri nəzərə
alınmaqla, psixoloji yardım alan şəxsin
və ya onun qanuni nümayəndəsinin
razılığı ilə həyata keçirilir.
Maddə 10. Psixoloji yardımın
konfidensiallığı və anonimliyi
10.1. Şəxsin psixoloji vəziyyəti,
psixoloji yardım almaq üçün müraciəti, təyin
olunmuş psixoloji testlərin nəticələri və ona
göstərilən psixoloji yardım haqqında məlumatlar
konfidensial hesab edilir.
10.2. Bu qanunun 10.1-ci maddəsində
göstərilən məlumatların psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin
razılığı olmadan açıqlanması, bu qanunun
10.3-cü maddəsində nəzərdə tutulan hallar istisna
olmaqla, qadağandır.
10.3. Şəxsin və ya onun qanuni
nümayəndəsinin razılığı olmadan konfidensial
məlumatların açıqlanmasına
aşağıdakı hallarda yol verilir:
10.3.1. cinayət
mühakimə icraatı zamanı şəxsin psixoloji vəziyyəti
ilə əlaqədar məlumatların alınması zərurəti
yarandıqda, təhqiqat və istintaq orqanlarının,
prokurorun və ya məhkəmənin sorğusu əsasında;
10.3.2. yetkinlik
yaşına çatmayanların mənafelərinin
qorunması məqsədi ilə mülki məhkəmə
icraatı zamanı məhkəmənin sorğusu əsasında;
10.3.3. psixoloqun fəaliyyətində
cinayət və ya inzibati xəta tərkibinin əlamətləri
aşkar edildikdə;
10.3.4. psixoloji
yardım alan şəxsin və digər şəxslərin həyatı
və sağlamlığı üçün bilavasitə təhlükə
yarandıqda;
10.3.5. ağır
və xüsusilə ağır cinayətin hazırlanması
və ya törədilməsi barədə məlumat olduqda;
10.3.6. "Psixiatriya yardımı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq şəxs məcburi və qeyri-könüllü qaydada
psixiatriya müəssisəsinə yerləşdirildikdə;
10.3.7. həqiqi hərbi
xidmətə çağırışın və səfərbərliyin
təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
sorğusu əsasında.
10.4. Daha uyğun psixoloji
yardımın göstərilməsi, psixologiya sahəsində
ixtisaslı mütəxəssislərin hazırlanması,
fundamental, tətbiqi və eksperimental tədqiqatların
aparılması məqsədilə psixoloji yardımın
göstərilməsi zamanı üçüncü şəxsin
iştirakına və ya məlumatların toplanılmasına
yalnız psixoloji yardım alan şəxsin
və ya onun qanuni nümayəndəsinin yazılı
razılığı ilə yol verilir. Əldə
olunan məlumatlardan elmi tədqiqatlarda, nəşrlərdə
və kütləvi informasiya vasitələrində istifadəyə
bu məlumatların adsızlaşdırılması şərti
ilə yol verilir.
10.5. Psixoloji yardım göstərən
şəxslər konfidensial məlumatların
yayılmasına görə qanunla nəzərdə
tutulmuş məsuliyyət daşıyırlar.
10.6. Bu qanunun 6.2-ci maddəsində
göstərilən hallar istisna olmaqla, psixoloji yardım alan şəxsin arzusu ilə ona bu yardım
anonim göstərilə bilər.
10.7. Anonim psixoloji yardım psixoloji
yardım alan şəxsin göstərdiyi
məlumatlar (ad, yaş və s.) əsasında onun şəxsiyyətini
təsdiq edən sənəd təqdim olunmadan, psixoloji yardım
göstərən şəxslə müqavilə
bağlanmadan və psixoloji yardımın nəticələri
rəsmiləşdirilmədən göstərilir.
4-cü fəsil
PSİXOLOJİ
YARDIM İŞTİRAKÇILARININ HÜQUQLARI VƏ
VƏZİFƏLƏRİ
Maddə 11. Psixoloji yardım göstərmək
hüququ olan şəxslər
11.1. Psixoloji yardım bu qanunun tələbləri
nəzərə alınmaqla psixoloji yardım göstərmək
hüququ olan şəxslər (psixoloq və ya klinik (tibbi)
psixoloq) tərəfindən göstərilir.
11.2. İlkin psixoloji yardım
fövqəladə hadisə zamanı hadisə yerində olan
və fövqəladə hadisələrin nəticələrinin
aradan qaldırılmasına cəlb olunmuş şəxslər,
eləcə də ilkin psixoloji yardım göstərmək
üzrə müəyyən vərdişləri və təcrübəsi
olub, lakin psixologiya ixtisası üzrə təhsil almayan şəxslər
tərəfindən də göstərilə bilər.
11.3. Psixoloji yardım göstərmək
hüququ olan şəxslərə dair tələblər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
11.4. Şəxsiyyət əleyhinə
olan cinayətlər törətməyə görə məhkum
edilmiş şəxslər psixoloji yardım göstərə
bilməzlər.
11.5. Klinik (tibbi) psixoloq bu qanunun 18-ci
və 19-cu maddələrinin tələbləri nəzərə
alınmaqla fəaliyyət göstərir.
11.6. Psixoloji yardım göstərən
şəxslərin işlədikləri müəssisələrin
rəhbərləri onların əlavə təhsili
üçün şərait yaratmalıdırlar.
Maddə 12. Psixoloji yardım göstərmək
hüququ olan şəxslərin hüquqları və vəzifələri
12.1. Psixoloji yardım göstərmək
hüququ olan şəxslərin aşağıdakı
hüquqları vardır:
12.1.1. psixoloji
yardım göstərən zaman bu qanuna uyğun olaraq
yardımın növünü, formasını, həcmini,
vasitə və üsullarını sərbəst seçmək;
12.1.2. şərəf
və ləyaqətini, peşəkar nüfuzunu müdafiə
etmək;
12.1.3. bu qanunda nəzərdə
tutulmuş hallarda psixoloji yardım göstərməkdən
imtina etmək;
12.1.4. "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil
almaq;
12.1.5. qanunda nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
12.2. Psixoloji yardım göstərmək
hüququ olan şəxslərin vəzifələri
aşağıdakılardır:
12.2.1. psixoloji
yardım alan şəxsə peşəkar, keyfiyyətli və
psixoloji yardım standartlarına uyğun psixoloji yardım
göstərmək;
12.2.2. psixoloji
yardım alan şəxsə onun hüquqları, vəzifələri,
göstərilən yardımın növləri, formaları,
şərtləri, qaydaları və ehtimal edilən nəticələri
haqqında məlumat vermək;
12.2.3. psixoloji
yardım göstərməkdən imtina etdikdə, bunun səbəbləri
barədə psixoloji yardım alan şəxsə və ya
onun qanuni nümayəndəsinə məlumat vermək;
12.2.4. yardım
göstərdikləri şəxslərin hüquqlarına,
şərəf və ləyaqətinə hörmətlə
yanaşmaq;
12.2.5. psixoloji
yardım standartlarına və qaydalarına, psixoloqun peşə
etikasına riayət etmək;
12.2.6. bu qanunun tələblərinə
uyğun olaraq psixoloji yardım alan şəxs haqqında məlumatın
konfidensiallığını təmin etmək;
12.2.7. psixoloji
müayinənin nəticələrinə uyğun olaraq digər
yüksəkixtisaslı mütəxəssislərlə
psixoloji konsilium təşkil etmək;
12.2.8. qanunda nəzərdə
tutulmuş digər vəzifələri həyata keçirmək.
Maddə 13. Psixoloji yardım alan şəxslərin hüquqları və vəzifələri
13.1. Psixoloji yardım alan
şəxslərin hüquqları
aşağıdakılardır:
13.1.1. bu qanuna və
psixoloji yardım standartlarına uyğun olaraq peşəkar və
ixtisaslı psixoloji yardım almaq;
13.1.2. qanuni
maraqlarını, şərəf və ləyaqətini
müdafiə etmək;
13.1.3. hüquqları,
psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım
metodları haqqında məlumat almaq;
13.1.4. psixoloji
yardımın göstərilməsindən imtina etmək və
ya onu dayandırmaq.
13.2. Psixoloji yardım alan
şəxslərin vəzifələri
aşağıdakılardır:
13.2.1. psixoloji
yardım göstərən şəxslə əməkdaşlıq
etmək;
13.2.2. psixoloji
yardım göstərən şəxsin, digər şəxslərin
hüquqlarına, şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq;
13.2.3. psixoloji
yardımın göstərilməsi ilə bağlı
psixoloji yardım göstərən şəxslə
bağladığı müqaviləyə əsasən
üzərinə götürdüyü öhdəliklərə
riayət etmək.
Maddə 14. Psixoloji yardımın
göstərilməsindən imtinanın və ya onun
dayandırılmasının əsasları
14.1. Psixoloji yardım göstərən
şəxslərin aşağıdakı hallarda bu
yardımı göstərməkdən imtina etmək və ya
dayandırmaq hüququ vardır:
14.1.1. psixoloji
yardım göstərilməsinə əsas olmadıqda;
14.1.2. psixoloji
yardımın göstərilməsinə əks-göstərişlər
olduqda;
14.1.3. şəxs
və ya onun qanuni nümayəndəsi psixoloji yardımın
göstərilməsinə razılıq verməkdən imtina
etdikdə;
14.1.4. psixoloji
yardım alan şəxsin tələbi ilə psixoloji
yardım göstərən şəxsin təklif etdiyi
psixoloji yardım növü arasında uyğunsuzluq olduqda;
14.1.5. psixoloji
yardım alan şəxs psixoloji yardım göstərən
şəxslə bağladığı müqaviləyə
riayət etmədikdə;
14.1.6. psixoloji
yardım göstərən şəxsin həyat və
sağlamlığı üçün təhlükə
yarandıqda.
14.2. Psixoloji yardım göstərən
şəxs bu yardımın göstərilməsindən
imtina etdikdə və ya yardımı dayandırdıqda bunun
səbəblərini yazılı şəkildə
açıqlamalı və bu barədə psixoloji yardım alan şəxsi və ya onun qanuni nümayəndəsini,
müqavilə bağladığı, eləcə də fəaliyyət
göstərdiyi müəssisəsinin müdiriyyətini məlumatlandırır.
5-ci fəsil
TƏHSİL
VƏ SƏHİYYƏ
MÜƏSSİSƏLƏRİNDƏ PSİXOLOJİ YARDIMIN
XÜSUSİYYƏTLƏRİ
Maddə 15. Təhsil müəssisələrində
psixoloji yardım
15.1. Azərbaycan
Respublikasında təhsilin bütün pillə və səviyyələrində
sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsilalanların
psixoloji tələbatlarını təmin etmək məqsədilə
psixoloji yardım göstərilməsinə təminat verilir.
15.2. Təhsil müəssisələrində
psixoloji yardım "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada bu qanunun 16-cı və 17-ci maddələrinin tələblərinə
riayət edilməklə həyata keçirilir.
Maddə 16. Təhsil müəssisələrində
psixoloji müayinə
16.1. Təhsil müəssisələrində
psixoloji müayinə təhsilalanın ehtiyaclarını
müəyyənləşdirmək məqsədilə
aparılır və onun maraqları ilə ziddiyyət təşkil
edə bilməz.
16.2. Psixoloji müayinə təhlükəsizliyi
və konfidensiallığı təmin edən şəraitdə
həyata keçirilməlidir.
16.3. Təhsil müəssisələrində
aparılmış psixoloji müayinənin nəticələri
barədə məlumat aşağıdakı şəxslərə
verilir:
16.3.1. müayinə
olunan şəxsin özünə və (və ya) onun qanuni
nümayəndəsinə;
16.3.2. bilavasitə tədrisi həyata
keçirən müəllimə (müəllimlərə),
təhsil müəssisəsinin rəhbərinə 14
yaşına çatmamış şəxslər barəsində
yalnız qanuni nümayəndənin, 14 yaşı tamam
olmuş şəxslər barəsində isə
özünün razılığı olduqda.
16.4. Psixoloji müayinənin nəticələri
təhsilalanın valideynləri və ya digər qanuni
nümayəndələri ilə müzakirə
olunmalıdır və psixoloji yardımın digər növlərinin
tətbiqinə ehtiyac yarandıqda bu qanunun 9.5-ci maddəsinin tələblərinə
riayət edilməlidir.
Maddə 17. Təhsil prosesinin digər
iştirakçıları ilə əməkdaşlıq
17.0. Təhsil müəssisələrində
psixoloji yardım göstərən şəxs:
17.0.1. təhsil
müəssisələrində psixoloji yardım göstərilməsi
ilə bağlı bilavasitə tədrisi həyata keçirən
müəllimi (müəllimləri), təhsil müəssisəsinin
rəhbəri, valideynlər və digər qanuni nümayəndələr
ilə əməkdaşlıq etməli, ehtiyac olduqda onlara
peşəkar məsləhətlər verməlidir;
17.0.2. təhsilalanın
psixoloji ehtiyacları və problemləri haqqında valideynləri
məlumatlandırmalı və onlara məsləhət verməli,
ehtiyac olduqda onlar üçün profilaktik psixoloji tədbirlər
təşkil etməlidir.
Maddə 18. Səhiyyə müəssisələrində
psixoloji yardım göstərmək hüququ olan şəxslər
18.1. Mülkiyyət növündən
asılı olmayaraq səhiyyə müəssisəsində
psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata
keçirilir. Klinik psixoloqların fəaliyyət
dairəsinə psixopatologiya, inkişaf psixologiyası,
neyropsixologiya, davranış psixologiyasının əsasları,
sağlamlıq psixologiyası və psixoterapiya daxildir.
18.2. Klinik (tibbi) psixoloqlar səhiyyə
müəssisələrində psixoloji yardım göstərmək
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı
almalıdırlar.
18.3. Bu qanunun 18.2-ci maddəsində nəzərdə
tutulan ixtisas attestatının forması və verilməsi,
attestatın qüvvədə olma müddətinin
dayandırılması və ya onun ləğv edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 19. Səhiyyə müəssisələrində
psixoloji yardım
19.1. Səhiyyə müəssisələrində
psixoloji yardım aşağıdakıları əhatə
edir:
19.1.1. psixoloji
testlər vasitəsilə psixi (zehni, emosional, davranış)
və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların
və ya problemlərin müəyyənləşdirilməsi
və qiymətləndirilməsi;
19.1.2. psixoloji və
psixi sağlamlıqla bağlı olan məsələlər
üzrə tövsiyələrin (məsləhətlərin)
verilməsi;
19.1.3. psixi və
ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət
çəkən insanlara müxtəlif psixoloji yardım
növlərinin, o cümlədən psixoterapiya, ailə
terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya
yardımların göstərilməsi.
19.1.4. psixoloji
yardım alan şəxsləri, onların ailə üzvlərini,
onlara yardım göstərən tibb işçilərini
psixoloji və psixi sağlamlıq məsələləri ilə
bağlı maarifləndirmək və tövsiyələr
vermək.
19.2. Klinik psixoloji yardım yalnız
səhiyyə müəssisələrində göstərilir.
19.3. Klinik psixoloji yardım göstərilməsi
zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman
preparatlarının təyin, o cümlədən insan
orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə,
lazer, ionlaşdırıcı şüa, ultrasəs,
elektrokonvulsiv terapiya) məruz qoyan müalicə
üsullarından istifadə edilməsi qadağandır.
19.4. Səhiyyə müəssisələrində
psixoloji yardımın göstərilməsinə nəzarət
tibb müəssisəsinin rəhbərliyi və müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.
19.5. Psixoloji vəziyyətin qiymətləndirilməsi,
psixoloji problemlərin aşkarlanması və ehtimal olunan psixi
pozuntunun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə
səhiyyə müəssisələrinin psixoloji müayinə
keçirmək hüququ vardır. Psixoloji
müayinənin nəticələri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi formaya uyğun olaraq tərtib olunur.
6-cı fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 20. Psixoloji yardım sahəsində
tədqiqatlar
20.1. Psixoloji yardım sahəsində
psixoloji yardım alan şəxslərin həyatına,
sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə
zərər yetirə biləcək tədqiqatların
aparılması qadağandır.
20.2. Şəxsin psixoloji tədqiqat
işlərində obyekt kimi istifadəyə cəlb olunması
bu qanunun 9.6-cı maddəsinə uyğun olaraq həyata
keçirilir.
20.3. Psixoloji tədqiqat aparan elmi təşkilatlarda
psixoloji yardımın göstərilməsi ilə
bağlı etik davranış məsələlərinə
baxan etika komissiyaları yaradılmalı və bu cür tədqiqatların
aparılması həmin komissiya ilə
razılaşdırılmalıdır.
20.4. Uzunmüddətli psixoloji tədqiqatların
aparılması zamanı şəxsin yazılı
razılığının qüvvədə olma müddəti
1 (bir) ildir.
20.5. Psixoloji tədqiqat aparan subyektlər
iştirakçıların anonimliyinin qorunmasına və məlumatların
konfidensiallığının saxlanılmasına görə
məsuliyyət daşıyırlar.
Maddə 21. Qanunun pozulmasına görə
məsuliyyət
Bu qanunun tələblərinin
pozulmasına görə şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
müəyyən edilmiş hallarda məsuliyyət
daşıyırlar.
Maddə 22. Keçid müddəa
Bu qanunla klinik (tibbi) psixoloq
kimi fəaliyyət göstərmək üçün müəyyən
edilmiş tələblər bu qanun qüvvəyə minənədək
psixoloq kimi fəaliyyət göstərən şəxslərə
şamil edilmir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 26 yanvar.- S.2-3.