İlham Əliyevin siyasi alternativsizliyi
birmənalı rəydir
YAP-ın Gənclər Birliyinin hər
hansı rayon təşkilatı birləşmiş
müxalifətin mitinqindən daha əzəmətli
tədbir təşkil edə bilər
İllərdir antiazərbaycançı şəbəkənin verdiyi qəpik-quruş qarşılığında ara qarışdıran və hər cür naxələfliyə razılıq verən bir qrup "qrantyeyən”in son günlərdə "aktivlik” nümayiş etdirməsi heç də təəccüblü deyil.
Düzdür, adətən belə hallara Azərbaycanda mühüm ictimai-siyasi proseslər ərəfəsində rast gəlinirdi. Deyəsən, antiazərbaycançı şəbəkə ölkə daxilindəki buyruq qullarının iflic durumunda olduğunu görüb "kisəsinin ağzını açıb”. Ancaq aqressiv müxalifətin yeni tapşırıqları hansı formada icra etməsi xaricdəki havadarlarını heç də razı salmayıb. Çünki ötən həftə keçirilən mitinq, dağıdıcıların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini bir daha nümayiş etdirdi.
Görünən odur ki, dövlətimizin son illərdəki uğurlarını həzm edə bilməyən antiazərbaycançı şəbəkə müsəlman aləmində öz abadlığı və azadlığı, rahatlığı və sabitliyi, dincliyi və tolerantlığı, multikulturallığı ilə seçilən Azərbaycanda yenə aranı qarışdırmağa, məkrli niyyətini "işə salmağa” çalışır. Ancaq antimilli şəbəkənin və daxildəki "sapı özümüzdən olan baltalar”ın çirkin oyunları hər zamankı kimi iflasa məhkumdur.
Son günlərdə dağıdıcı müxalifət düşərgəsində qrant xatirinə vətənsatma "sevdası” yenə baş qaldırıb. Dağıdıcılar sosial şəbəkələrdə, internet resurslarında keçirdikləri mitinqi elə təqdim edirlər ki, guya "birləşmiş müxalifət”in "Məhsul” stadionunda keçirdiyi mitinqdə qələbəlik yaşanıb. Halbuki mitinq təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqət çəkib.
25 ildən çoxdur ki, dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Bu gün özlərini milli təəssübkeş, demokratiya carçıları kimi qələmə verənlər gənc nəsli çaşdırmağa çalışırlar. Onlar vaxtilə törətdikləri əməllərin unudulduğunu düşünürlər. Amma tarix unudulmur. 1990-cı illərin əvvəllərində AXC-Müsavat iqtidarının nümayəndələrinin parlamentdə, mediada çıxışlarında bir-birinə qarşı ittihamları, yol verilmiş ciddi səhvləri, korrupsiya, rüşvətxorluq, xəyanət və s. barədə açıqlamalarını hər kəs yaxşı xatırlayır. Ümumiyyətlə, cəmiyyət belə məsələləri unutmamalı, gənc nəsil xarici güclərin dəstəyi ilə hakimiyyət iddiasını reallaşdırmaq istəyənlərin keçmişi haqqında həqiqətləri bilməlidir. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Son aksiya yalnız yerli "təşəbbüslərlə” başa gəlməmişdi. Xaricdəki bloqerlər mitinqə çağırış edirdilər və beləliklə, bu, Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan antimilli ünsürlər ilə birlikdə təşkil etdiyi "ortaq tədbir” idi. Ortaya çıxardıqları isə göz önündə idi - 2800 nəfər.
Əminliklə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin hər hansı rayon təşkilatı birləşmiş müxalifətin mitinqindən daha əzəmətli tədbir təşkil edə bilər. Bu, dəfələrlə sübut olunub.
Son mitinqdə əvvəlki aksiyalarda yaşanan analoji hal baş verdi. Hər zaman şəxsi ambisiyaları üzündən bir araya gələ bilməyən AXCP sədri Əli Kərimli vaxtilə İsa Qəmbərin etdiyi kimi davranaraq "birləşmiş” müxalifətin birgə ərsəyə gətirdiyi aksiyanı öz adına çıxmaq istədi. Bu davranış isə "düşərgədə” yeni gərginliyin əsasını qoydu və bəzi təşkilatlar artıq AXCP-nin iştirak etdiyi aksiyalara qatılmayacaqlarını bəyan ediblər.
Bu, AXCP sədri Əli Kərimlinin köhnə peşəsi olduğu üçün heç də təəccüblü deyil. AXCP sədri bütün aksiyalarda bu taktikadan yararlanmaqla öz xeyrini güdür. Lakin xalqın gözü tərəzidir və kimin-kim olduğunu yaxşı bilir.
19 yanvar mitinqində
daha bir fakt sübutunu tapdı. Hər kəs bir daha əmin oldu ki, AXC-nin
şinelindən çıxmış
və bu gün də müxalifət postunu zəbt etmiş şəxlər hələ
də revanşizm ab-havasındadırlar və
dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti
zəbt etmək niyyətindən əl çəkməyiblər. Çünki onların mitinqdəki
çıxışları göstərdi ki, cəmiyyətə yeni, faydalı heç nə təklif edə bilmirlər.
25 ildən çoxdur
dəyişməyən eyni
simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar...
Bütün bunlar bir daha
təsdiq edir ki, "beşinci kolon”nun üzvləri öz iddialarını reallaşdırmaq üçün
Azərbaycanın Suriya,
Liviyanın vəziyyətinə
düşməsinə belə
hazırdırlar. Çünki mitinqdən bir
gün sonra, ümumxalq hüzn günündə, Şəhidlər
xiyabanında yaratdıqları
destruktiv, təfriqəçi
olaylar müxalifətin
əsl məkrini ortaya qoymuş oldu. Əli Kərimli və
onun zombiləşmiş
dəstəsi dünyanın
diqqəti Azərbaycana
yönəldiyi bir gündə, ümümxalq
hüzn günündə
belə, ölkədə
qarışıqlıq yaratmağa
çalışdılar. Yəqin ki, havadarlarından aldıqları tapşırıq
belə imiş.
Bu cür
uğursuz nəticəyə
baxmayaraq, müxalifət
yenə də mitinq keçirmək istəyir. Amma bu istək hər şeydən əvvəl, ölkədə
hay-küy salmağa, sabitliyi pozmağa, xaricdəki ağalarının
vasitəsi ilə ölkəmizə qarşı
əsassız ittihamlar
uydurulmasına şərait
yaratmaq məqsədi güdür. Ona görə
də müxalifətin
bu cür lüzumsuz, sabitliyi pozmağa xidmət edən mitinqlərinin keçirilməsinə icazə
verərkən bunlar nəzərə alınmalıdır.
Yəni,
reallıq onu deməyə əsas verir ki, yanvarın
19-20-si baş verənlər
müvafiq dövlət
orqanları tərəfindən
araşdırılmayınca, dağıdıcı qrupların
kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək
olar ki, Əli Kərimli və onun başıpozuq,
marginallaşmış dəstəsi
bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər,
hakimiyyət uzun müddət təbliğat
aparıb, bütün
güclərini səfərbər
edib meydana cəmi 3 minə yaxın adam
yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir ki?!
Görünür, Prezident İlham Əliyev rüşvət
və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem
xarakterli islahatlarının
miqyasını genişləndirdikcə,
Azərbaycan idarəetmə
fəlsəfəsini dəyişdikcə,
özlərini ona
opponent hesab edənlər
daha da aqressivləşir
və mütəşəkkil
şəkildə müqavimət
göstərməyə çalışırlar. Ermənistanla danışıqların yeni
intensiv mərhələyə
daxil olması ərəfəsində güclü
mövqedən çıxış
edən Azərbaycanın
daxilində qarşıdurma
yaratmağa çalışan
bu qrupların məqsədi nədir?
Əlbəttə, onlar belə
tapşırıq alırlar
və canla-başla onu icra edirlər.
Tam reallıqdır
ki, alətə çevrilən buqələmunlar
Azərbaycan Prezidentinin
son illərdəki uğurlu
islahatlarının nəticələri
ilə barışa bilmirlər. Sanki düşmən
mövqedə dayanıblar.
Prezident İlham Əliyevin son 15 ildə Azərbaycana qazandırdığı uğurlar
göz önündədir.
Hərtərəfli inkişaf, artan
iqtisadiyyat və yüksələn beynəlxalq
nüfuz Azərbaycanı
dünyada etibarlı tərəfdaşa çevirib.
Bu gün dünya Azərbaycanı cənab İlham Əliyevə görə tanıyır. Hər il Davosda ənənəvi olaraq təşkil olunan Dünya İqtisadi Forumuna dəvət olunan dövlət başçısı Azərbaycanın inkişaf modelini təqdim edir və böyük dəstək qazanır. Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev 2019-ci ildə 13-ci dəfə bu mötəbər toplantıda oldu. Əlbəttə ki, cənab Prezidentin Davosda dövlət və hökumət başçıları, tanınmış beynəlxalq şirkət rəhbərləri ilə keçirdiyi görüşlər hər zaman ölkəmizə siyasi və iqtisadi dvidendlər qazandırıb.
Bütün bu nailiyyətlər Azərbaycanın dünya birliyindəki mövqeyini gücləndirdiyi təqdirdə müxalifət daha da aqressivləşir. Səbəb isə bəllidir. Bədniyyətli qüvvələr yaxşı anlayırlar ki, Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadan cənab İlham Əliyev bu ölkəni daha böyük zəfərlərə doğru aparır. Onun ən böyük dəstəkçisi isə xalqdır.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü
Azərbaycan.- 2019.- 26 yanvar.-
S.1; 4.