İtaliya-Azərbaycan Beynəlxalq
Film Festivalında 15 film nümayiş
olunacaq
Yanvarın 25-də Nizami Kino Mərkəzində
İtaliya-Azərbaycan Beynəlxalq
Film Festivalının açılışı
münasibətilə mətbuat
konfransı keçirilib.
AZƏRTAC xəbər
verir ki, mətbuat konfransında festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə
arasında mədəni
əlaqələrdən danışaraq
ilk dəfə keçiriləcək
bu festivalın kinematoqrafiya sahəsində
əlaqələrin inkişafına
öz töhfəsini
verəcəyini bildirib. O deyib:
"Bir çox ölkələrdə - ABŞ, Fransa, Polşa, Almaniyada fəaliyyət göstərmişəm. Azərbaycanla əməkdaşlıq etmək
mənim üçün
çox maraqlı olardı. İnanıram ki, belə tədbirlər bizim birgə əməkdaşlığımızın
inkişafına yeni təkan olacaq. İki ölkə arasında mədəniyyət sahəsində
mövcud olan əlaqələr bundan sonra davam etdiriləcək”.
Tədbirdə festivalın
direktoru Claudio Rossi Massimi,
jüri üzvü Fehruz Şəmiyev, Mədəniyyət Nazirliyinin
əməkdaşı Almaz
Sultanzadə, festivalın
layihə meneceri Kənan Zülfüqarov və başqaları çıxış edərək
festival barədə məlumat
veriblər.
Bildirilib ki, Mədəniyyət Nazirliyi,
film istehsalı şirkətləri
olan "İmago
Group”, "United Cultures” və "Sandro Teti Editore”nin
birgə dəstəyi
ilə reallaşan
festival İtaliya və
Azərbaycan kino
sənayesinin keçmişi,
bu gününü və gələcəyini
təbliğ etmək
məqsədi daşıyır.
Festival iki ölkənin
film sənayesinin oxşar
və fərqli cəhətlərini nümayiş
etdirməklə beynəlxalq
kino məkanının
fəaliyyətini təşviq
edəcək.
Qeyd edilib ki, İtaliyanın
Azərbaycandakı səfirliyi,
Nizami Kino Mərkəzi
və "The Landmark” tərəfindən
dəstəklənən festival hər iki ölkənin
bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq
çərçivəsində təşkil olunub. Yanvarın
30-dək davam edəcək
festival çərçivəsində hər iki ölkənin
mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən
seçilmiş 15 müasir
film bir neçə seans şəklində
nümayiş olunacaq.
Festivalda
nəzərdə tutulmuş
mükafatların sayı
10-dur. Filmlər "Ən
yaxşı Azərbaycan
filmi”, "Ən yaxşı İtalyan filmi”, "Ən yaxşı beynəlxalq
film”, "Ən yaxşı
Azərbaycan sənədli
filmi”, "Ən yaxşı İtaliya sənədli filmi”, "Ən yaxşı beynəlxalq sənədli
film”, "Ən yaxşı
aktyor”, "Ən yaxşı ssenari”, "Ən yaxşı foto” və "Ən yaxşı musiqi” nominasiyalar üzrə mükafatlandırılacaq.
Təqdim olunan nominasiyaların qaliblərinə xüsusi
hazırlanmış "Zoroaster award” mükafatı veriləcək.
"La Piovra” serialında canlandırdığı
Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və
rejissor Remo Girone mükafatlandırma mərasiminə
rəhbərlik edəcək,
italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edir.
Azərbaycan.- 2019.- 26 yanvar.- S.7.